Xatirə
“Milçək” uğurlu
işdirmi?
Kino aləminə
"AGP prodakşn"ın istehsal etdiyi, tragikomediya
üslubunda çəkilmiş, rejissoru Asif Abramov,
bəstəkarı Vüqar Camalzadə, operatoru Samir
Həsənov, ssenari müəllifl Mikayıl Həsənli
olan 1 saat 5 doqiqəlik "Milçək" filmi daxil oldu. Onu
da qeyd edək ki, kompaniyanın baş direktoru Mahir İsmayılov,
prodüseri isə Aydın Hacıyevdir.
Filmdə 21 aktyor iştirak edir. Onların içərisində Ələsgər Məmmədoğlu, Sevinc Əliyeva, baş rolun ifaçısı "Tək səbir"çi Elməddin, İltifat Soltan, Vahid Əliycv və digərlərinin adını göstərmək olar.
Əlbəttə, kino aləminə yeni filmin gəlışi təqdirəlayiqdir. Amma golin görək, bu fılm də alqışlanası işlər sırasına aid ediləcəkmi?
Bu fılmdə Elməddinin ifa etdiyi baş obraz olan Kərimin ən böyük amacı - atası kimi - milçək öldürməkdir. Və bu ışinə görə özünü əsl qəhrəman hesab edir. Qısası, fılmdə əsas məna odur ki. boş işlə məşğul olanlar özlərini, əslində, ciddi, həyati məsələlərlə ilgili hesab edirlər.
Müəllif olaraq onu qeyd etmək istəyirəm ki, bu qədər qlobal problemlər yaşayan bir ölkədə müəyyən sərmayə sərf edib heç də düsündürücü olmayan bir filın cəkmək ideyasının birdən doğması
anlaşılmazdır. Bəzi aktyor oyunlarının uğursuz alınmasını da bura əlavə etsək, bıı filmi son zamanlar çəkilmiş normal fılmlor sırasına aid etmək qeyri-mümkün olar. Yeni film ərsəyə gələndə tamaşaçılara, məsələn lap elə götürək Vaqif Mustafayevin filmləri kimi dərin mənalı bir iş təqdim etmək lazımdır. Sərxan Kərəmoğlunun "Adam ol"u kimi baxımsız, şit bir film yox. Həm do film tragikomediya janrında çəkilibsə, izləyici heç bir izahsız-fılansız ınənanı anlamalı, yanındakından "görəsən, filmdə nə demək istəyirdilər" deyə sovuşmamalıdır. Yəni gülə-gülə düşünməlidir.
Həftə içi.- 2007.- 3 aprel.- S. 8.