İstanbul festivalı rəqiblərini geridə qoymaq istəyir

 

Festivalda Azərbaycan “Əlvida, cənub şəhəri” filmi ilə təmsil olunur

 

Bundan əvvəl Berlin festivalından qayıdan film barədə İstanbul festivalının saytında ətraflı məlumat verilib.

Saytdakı təqdimatı diqqətinizə çatdırırıq.

Keçən həftə, yəni martm 30-da İstanbulda Lütfi Kırdar Uluslararası Sərgi və Konqres sarayında 26-cı Beynəlxalq İstanbul Film Festivalının təntənəli açılışı oldu. Hər il olduğu kimi, bu il də festivalın təşkilatçıları və sponsorları kinosevərlər üçün çox maraqlı proqramlar hazırlayıblar. Belə ki, bu il kinosevərlər əsas müsabiqədə iştirak edən filmlərdən əlavə "Türk sineması 2006-2007", "Kinoda insan haqları", "İllərə meydan oxuyanlar", "Dünya festivallarından", "Gecə yarısı çılğınlığı", "Qadının adı var", "Canlandırma sineması", "Həyatımız müzikl" və s. maraqlı proqramlar çərçivəsində dünyanın ən müxtəlif bölgələrində istehsal olunmuş filmləri izləmək imkanı qazanıblar.

Aprelin 15-ə qədər davam edəcək festivalda adları çəkilənlərlə yanaşı "Qafqazlardan dənizə" bölməsində müasir ərəb, "Rusiyadan sevgilərlə" bölməsində isə rus filmləri nümayiş olunacaq. Festivalın "Ustalara hörmət" adlı proqramında klassik kino həvəskarları Robert Oltman, Şou İmamura, Sven Nikvist, Gilo Pontekorvo Atif Yılmazın filmlərinə baxacaqlar. İtaliyalı rejissor Pyer Paulo Pazolini üçün isə fərdi proqram nəzərdə tutulub.

Festival çərçivəsində həmçinin "Nokia" firmasının sponsorluğu ilə "Nokia NSERlES" qısa film yarışması keçiriləcək.

Bu ilki festivalın beynəlxalq jürisi 7 nəfərdən ibarətdir. Rejissor Maykl Ratfordun başçılıq etdiyi heyətə Zəki Demirkubuz (rejissor), Daur Kari (rejissor), Udo Kir (aktyor), Tilbe Saran (aktyor), Lon Şerfiq (rejissor) Katriel Şori (prodüser) daxildir. Festivalın yarışma xarakteri daşıyan hər proqramı fərqli münsiflər heyəti qiymətləndirir.

Dəqiqləşdirmə

Qəzetimizin ötən saylannda bir neçə dəfə milli kinomuzun istehsalı olan "Əlvida, cənub şəhəri" (rej. Oleq Səfərəliyev), "Məhkumların cənnəti" (rej. Mehriban Ələkbərzadə) "Yalan" (rej.Ramiz Əzizbəyli) filmlərinin aprel ayında keçirilməsi gözlənilən İstanbul Film Festivalında iştirakı barədə məlumat vermişdik. Dünən Kinematoqrafçılar İttifaqından aldığımız məlumata görə, həmin festival qeyri-müəyyən müddətə təxirə salınıb. AKİ-nin katibi A.Əliyev bununla bağlı bildirdi ki, festivalla eyni ərəfədə İstanbulda başqa bir beynəlxalq tədbir - Dünya Bələdiyyə İşçilərinin Qurultayı keçirildiyinə və adıçəkilən festival da İstanbul Böyük Şəhər Bələdiyyəsinin tədbiri olduğundan hələlik təxirə salınıb. Qeyri-dəqiq informasiyaya görə festival bu ilin oktyabr ayında baş tutacaq.

Amma "Məhkumların cənnəti" və "Yalan" filmindən fərqli olaraq dramaturq Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş "Əlvida, cənub şəhəri" filmi 26-cı İstanbul Beynəlxalq Kino Festivalında  iştirak edəcək. Xatırladaq ki, "Əlvida, cənub şəhəri" fılmi bundan əvvəl Berlin Kinofestivalının "Panorama" bölməsində iştirak edib.

Festivalın nəticələri barədə növbəti saylarımızda oxuya bilərsiniz.

 

Kino+.- 2007.- 6 aprel.- S. 9.