Qara volqa
Aktyorların
bir çoxu niyə filmi "qara ləkə" saydılar?
Azərbaycan kinosunun öz inciləri var.
Düzdür, bir çoxları filmlərimizin elə də
yüksək səviyyədə çəkilmədiyi,
yəni "Biləcəridən o tərəfə
keçmədiyi" fikrindədir. Lakin hər halda, onlarla
filmimiz var ki, onların bədii dəyərindən, lentinin
köhnəliyindən, "primitivliyindən",
"dünya kinosunun standartlarına cavab
verməməsindən" asılı olmayaraq, uşaqlıq
dövrümüzdən başlayaraq dəfələrlə
baxmışıq və ən azı "öz kinomuz, öz
pomidorumuz" prinsipi ilə gələcəkdə də
baxmağa "məhkumuq".
Beləliklə, "Ekspress" qəzetinin şənbə
saylarında "Sevimli kinolarımız: kadrarxası"
rubrikasında milli kinomuzun tarixinə öz
möhürünü vurmuş filmlərimizin kadrarxası
məqamlarını - çəkiliş, rejissor və aktyor
işi, filmlərə verilən rəylər, kinoproblar,
pərdəarxası intriqalar və s. barədə
arxivlərimizdə qalan, lakin indiyədək geniş
ictimaiyyətə məlum olmayan faktlarla
Rubrikanın əvvəlki "seans"larında
"Arşın mal alan", "O olmasın, bu olsun",
"Qanun naminə"("Mehman"), "Ulduz",
"Böyük dayaq","Bizim Cəbiş
müəllim", "Dəli Kür",
"Şərikli çörək", "Bəyin
oğurlanması", "Uzaq sahillərdə", "Bir
Cənub şəhərində", "Ad günü",
"Həm ziyarət, həm ticarət","Əhməd
haradadır", "Nəsimi","Uşaqlığın
son gecəsi","Qatır Məmməd", "Yeddi
oğul istərəm", "Babək",
"Axırıncı aşırım", "Gün
keçdi","Kişi sözü", "Arxadan vurulan
zərbə", "Tütək səsi",
"Papaq", "Dədə Qorqud",
"İstintaq", "Qərib cinlər diyarında",
"Qızmar günəş altında",
"Ölsəm, bağışla", "Sevinc
buxtası", "Yzeyir ömrü", "Qayınana",
"Bəxt üzüyü", "O qızı
tapın", "Yenilməz batalyon", "Onu
bağışlamaq olarmı", "Alma almaya
bənzər", "Otel otağı", "Dağlarda
döyüş", "Ögey ana", "Dərviş
Parisi partladır", "Atları yəhərləyin",
"Gəzlə məni", "Ötən ilin son
gecəsi", "Özgə ömür",
"Qızıl uçurum", "Qətl
günü", "Kölgələr
sürünür", "Gecə qatarında qətl",
"Təhminə", "Aygün", "Fəryad",
"Qəzəlxan", "Bağ mövsümü",
"Yük", "Haca Qara", "Ymid",
"Ovsunçu", "Sahilsiz gecə",
"Babamızın babasının babası", "Fransız",
"Mən ki, gözəl deyildim", "Sizi dünyalar qədər
sevirdim", "Əzablı yollar", "Nizami",
"Şir evdən getdi", "Bağlı qapı",
"Xoşbəxtlik qayğıları", "Qorxma,
mən səninləyəm", "Qəm
pəncərəsi", "Gümüşgölün
əfsanəsi", "Park", "Var olun, qızlar"
"Sevil", "Onun böyük ürəyi",
"Qətldən yeddi gün sonra", "İnsan
məskən salır", "Onun bəlalı sevgisi",
"Güllələnmə təxirə salınır",
"Səmt küləyi", "Şahid
qız","Gənc qadının kişisi",
"Dantenin yubileyi", "Lətifə",
"Möcüzələr adası", "Həyat bizi
sınayır", "Firəngiz", "Bizim küçənin
oğlanları", "Ömrün ilk saatı",
"Ulduzlar sönmür", "Sehrli xalat", "Sən
niyə susursan", "İyirmialtılar", "Doğma
sahillər" "Qızıl qaz", "Nə
gözəldir bu dünya","Telefonçu
qız","Evin kişisi", "Koroğlu",
"Şəhərli biçinçilər", "Alman
klinikasına şəxsi səfər", "O dünyadan
salam"," Vulkana doğru", "Bircəciyim",
"İstintaq davam edir", "Çarvadarların izi
ilə", "Köpək", "Qəribə adam",
"Musiqi müəllimi", "Xatirələr sahili", "Qara
gölün cəngavərləri","Yzü
küləyə", "Küçələrə su
səpmişəm", "1001-ci qastrol",
"Birisigün gecəyarısı", "Mən mahnı
qoşuram", "Yol əhvalatı","Xususi
vəziyyət", "Tilsim", "Anın
quruluşu", "Burulğan", "Cin mikrorayonda",
"Süd dişinin ağrısı","Qocalar, qocalar",
"Sonuncu məhəbbət", "Yuxu", "Sarı
gəlin", "Kölgədə 40 dərəcə
isti", "Anlmaq istəyirəm", "Özgə
vaxt", "Bizi bağışlayın", "Oxuyur Müslüm
Maqomayev","Təkcə adanı özünlə apara
bilməzsən", "Sürəyya",
"Gümüşü furqon","Qoca palıdın
nağılı", "Təxribat", "Köhnə
bərə", "İşarəni dənizdən
gözləyin", "Araqarışdıran", "Son
döyüş", "Cansıxıcı əhvalat",
"Tənha narın nağılı","Ən vacib
müsahibə", "Bizim küçə",
"Müqəddəs oda yanaram", "777 nömrəli
iş", "Haray", "Qırmızı
qatar","Əlaqə", "Girov", "Leyli və
Məcnun", "Yarasa", "Qaladan tapılan
mücrü", "Məkanın melodiyası",
"Girişmə, öldürər", "Ailə",
"Etiraf", "Çətirimiz buludlardır",
"Hökm", "Zirzəmi","Tələ",
"Aşkarsızlıq şəraitində",
"Gəmi saatının sirri", "Dörd bazar
günü", "Səhər", "İmtahan",
"Yalan", "Yay gününün xəzan
yarpaqları", "Yaramaz", "Mənim ağ
şəhərim", "Bakıda küləklər
əsir", "Qırmızı qar", "Kənar adamlar",
"Spasibo", "Canavar balası", "Bəxtiyar",
"Nəğməkar torpaq", "Arxada qalmış
gələcək", "Almaz", "Bismillah",
"Kəndlilər", "Pəncərə" və
"Əlvida, cənub şəhəri", "Gilan
qızı", "Qız qalası",
"İsmət", "Asif, Vasif, Ağasif",
"Ağ atlı oğlan", "Mavi dənizin
sahilində", "Bakının işıqları",
"Səbuhi", "Mahnı belə yaranır",
"Fətəli xan", "Bir ailə",
"Lətif", "Görüş" və "Bir
qalanın sirri" idi.
İndi "seans"da "Qara Volqa"
filmidir.
1994-cü il."RAKT"
Yaradıcılıq studiyası,rəngli.
Filmin yaradıcı heyəti: Scenari
müəllifi-Nəriman Əbdülrəhmanlı,
quruluşçu rejissor-Elşən Məmmədov,
quruluşçu operator-Sərvər Rəşidoğlu,
rəssam-A.Bəydəmirova, bəstəkar-Rafiq Əliyev,
səs operatoru-Əsəd Əsədov, quraşdırma
çəkilişlərin operatoru-Ramiz Babayev,
rəssamı-R.Dadaşov, II rejissor-Nadir Əzməmmədov,
rejissor assistenti-Rafiq Orucov.
Filmin prodüseri-Vidadi Məmmədov,
məsləhətçi-polis podpolkovniki Çingiz
Əmirovdur.
Rollarda iştirak edirlər: Rasim Balayev(polkovnik Cavanşirov),
Muxtar Maniyev(Kərimov), Fuad Poladov(Səlimzadə), Nəsir
Sadıxzadə("Paxan"), Naibə Allahverdiyeva(Marqarita),
Laləzar Mustafayeva("pəncəli" Aslan), Nadir
Əzməmmədov(Səfərəli), Zərnigar
Ağakişiyeva(Salamanova), Nəsibə Eldarova(Klara),
Ş.Şıxnəbiyeva(Bayramova), A.Ocaqverdiyev(Yaşa),
A.Məmmədov(Bürcəli),
M.Məhərrəmova(Samirə),
F.Məmmədov(sürücü), V.Əliyev(serjant),
V.Vəliyev(vəkil), Z.Namazov, S.Samuxlu, N.İsrafilova,
F.Fərəcov, Ə.Məmmədov.
Sinopsis: Macəra janrında çəkilən film
yazıçı Cəmşid Əmirovun eyniadlı
məşhur romanı əsasında
ekranlaşdırılıb.
Rasim Balayev "Qara volqa"nı
bəyənmədi
Elşən Məmmədov əvvəllər
"Azərbaycanfilm"də çalışmış, bir
çox filmlərin çəkilişində iştirak
etmişdi. O, "Qara volqa"nı
ekranlaşdırmaq fikrinə düşəndə kinostudiya
böhranlı günlərini yaşayırdı. Lakin filmin keçmiş Dövlət Yanacaq
Komitəsinin Bakı Neft Təchizatı Bazasının sifarişi
ilə çəkilməsi maliyyə problemini
müəyyən mənada aradan qaldıra bildi.
Məsləhətçi qismində filmə "Qara
volqa"nın müəllfi Cəmşid
Əmirovun oğlu polis podpolkovniki Çingiz Əmirovu
dəvət edilmişdi. Qeyri-peşəkar
rejissor sayılan Elşən Məmmədov aktyor seçimində
əsasən peşəkarlara üstünlük verib,
say-seçmə aktyorlar sınaq
çəkilişlərinə dəvət olunublar.
Əslində, onların biri çoxu
bəlkə də bu filmə çəkilməyə ona
görə razılıq veriblər ki, çəkiliş
meydançasına yadırğamasınlar.
Məsələn, filmdə polkovnik Cavanşirov
obrazını yaradan, rubrikamıza daima canla-başla
köməklik edən və məsləhətlərini
bizdən əsirgəməyən Rasim Balayevlə telefon
əlaqəsi yaratdıqda, görkəmli aktyorumuz film
barədə bir kəlmə də olsa, danışmaq
istəmədi və sadəcə onu dedi ki, film qəbul etmir.
Baxmayaraq ki, Rasim müəllimin "Qara
volqa" filmində yaratdığı polkovnik Cavanşirov
obrazı onun "Həm ziyarət, həm ticarət"
filmindəki Davud, hətta "Yaramaz" filmindəki nazir
köməkçisi rolundan daha güclü
görünür.
Muxtar Maniyev:
"Kinematoqrafçıları pərən-pərən
saldılar, qeyri-peşəkarlar meydan sulamağa
başladı"
Polis işçisi Kərimov obrazını yaradan Muxtar Maniyev
də
filmdən narazı qaldığını gizlətmədi. "Hər ölkənin, hər xalqın
özünəməxsus xüsusiyyətləri olur"
deyən Muxtar müəllim birmənalı şəkildə
bildirdi ki, "mən belə düşünürəm ki, bu
filmdə Azərbaycan xüsusiyyətləri yoxdur".
Onun fikrincə, peşəkarlıq tamam fərqli bir talant,
istedaddır: "Doğrudur ki, filmi çəkən
əvvəllər kinostudiyada çalışıb, film
çəkilişlərində iştirak edib, ancaq bu o
demək deyil ki, belə bir insan birdən-birə ağır
bir yükü götürə bilər, sərbəst film
çəkmə, özü də "Qara volqa" kimi bir
əsərə quruluş verə bilər".
Qeyd edək ki, film kinomuzun böhranlı
illərində çəkilib və
qeyri-peşəkar adlanan şəxslər Azərbaycan kinosunu
yaşatmaq xətrinə kimlərəsə yalvararaq
maliyyə dəstəyi alıb film çəkiblər.
"Doğrudur, 90-cı il
hadisələrindən sora Adil İsgəndərov kimi bir
sənətkarın necə əziyyətlər hesabına
yaratdığı kinematoqrafçıların hamısını
pərən-pərən saldılar. Və belə bir
məqamda da qeyri-peşəkarlar meydan sulamağa
başladılar",- deyə Muxtar Maniyev
vurğulayır .
Həmin qeyri-peşəkarın filmin yaradıcı
heyətinə əsasən peşəkarları dəvət
etməsinə gəlincəsə, Muxtar Maniyev bu barədə
deyir: "Biz peşəkarlar yalnız çəkiliş
vaxtı öhdəmizə düşən yükü
daşıya bilirdik. Kinoda belə bir qayda var ki, əgər
tərəfmüqabilin fərsizdirsə, yəni öhdəsinə
düşən işi bacarmırsa, onda sən nə
qədər yüksək səviyyədə ifa nümayiş
etdirsən də heç nəyə nail ola
bilməyəcəksən. Buna baxmayaraq isə
çəkiliş vaxtı qeyri-peşəkar olan
tərəfmüqabillərimizi özümüz
səviyyədə olmasa da müəyyən mənada
inkişaf etdirə bilirdik".
Yeri gəlmişkən, Elşən
Məmmədovun aktyorlara ssenarini təqdim etməyib.
Muxtar Maniyev bununla bağlı deyir: "Nə ssenari,
çəkiliş vaxtı ssenaridən söhbət belə
gedə bilməzdi. Sadəcə olaraq hər
çəkilişdə bir epizodun çəkilişindən
söhbət gedirdi və bizə də öhdəmizə
düşən iş tapşırılırdı".
Filmdə otaq şəraitində olan
çəkilişlərin, məsələn, polis
işçilərinin iclas salonuna
yığışdığı otaq kinostudiyanın
həyətində qurulmuş pavilyonda lentə alınıb.
"Pavilyon çəkilişləri hər
hansı bir film üçün çox vacibdir.
Çünki hər hansı bir filmin ev
içində olan çəkilişləri zamanı məhz
pavilyonda istənilən nəticəni almaq
mümkündür. Şəxsən Adil
İsgəndərov kimi sənətkar pavilyon
çəkilişinə xüsusi önəm verirdi. Bir məqamı da nəzərinizə
çatdırım ki, Adil İsgəndərov kinostudiyaya
rəhbərlik etdiyi dövrdə (1966-1974) kinostudiyanın
həyətində pavilyon çəkilişləri
üçün xüsusi bir otaq tikdirmişdi. Elə ki, Adil İsgəndərov
vəzifədən getdi, o zaman həmin otaq kiməsə
satıldı və camaat arasında da belə söhbət
yaydılar ki, guya özəlləşdiriblər".
Naibə Allahverdiyeva özünü
əvvəldən Marqarita rolunda
görürdü
Sınaq çəkilişləri zamanı erməni
qadını Marqarita obrazına rus aktrisaları dəvət
olunsa da, sonda üstünlük Naibə Allahverdiyevanın
ifasına verilib.
Aktrisa bu filmdən əvvəl Mərahim
Fərzəlibəyovun quruluşunda çəkilən
"Mənim ağ şəhərim" filmində epizodik
rola çəkilmişdi və odur ki, "Qara volqa"da
əsas rollardan birinə dəvət aldığı zaman
heç də təəccüblənmədi. "Əslində
mən filmdə Zərnigar Ağakişiyevanın
yaratdığı Salamanova obrazına çəkilməli
idim. Yəni rejissor məni məhz
həmin rola dəvət etmişdi. Ancaq
sonrakı proseslərdə Marqarita obrazının
ifaçısı tapılmadığı üçün
və mənim bir aktrisa kimi imkanlarım adı
çəkilən obrazı yaratmağıma imkan verdiyi
üçün yerdəyişmə oldu və mən də
Marqarita roluna təsdiq olundum",-deyə Naibə xanım
xatırlayır.
Maraqlıdır ki, Naibə Allahverdiyevanın Fuad Poladovla
çəkildiyi epizod aktrisanın evində lentə
alınıb:"Bildiyiniz kimi pavilyon
çəkilişləri ona görə əlverişlidir ki,
həmin məkanda hər hansı bir evin iç
görünüşü geniş formada hazırlanır
və istənilən istiqamətdə də kameralar
quraşdırılaraq çəkilişlər
aparılır. Mənim evim geniş otaqlardan
ibarət olduğu üçün rejissorla belə qərara
gəldik ki, çəkildiyim Marqarita obrazının evdə
olan səhnələrini elə mənim evimdə də
lentə alaq".
Aktrisa etiraf edir ki, bir vaxtlar "Qara volqa" romanını
sevərək mütaliə edib və Marqarita obrazında da
özünü görüb:
"Əsl sənətkar odur ki, müxtəlif xarakterli
obrazlarla tamaşaçı qarşısına çıxa
bilsin. Bu baxımdan mən Marqarita roluna
təsdiq olunduğum zaman heç də
təəcüblənmədim. Elşən
Məmmədova minətdaram ki, məni belə bir obrazla
kinosevərlərin yaddaşına həkk etdi.
Doğrudur ki, filmi qəbul etməyənlər, film
haqqında mənfi rəy söyləyənlər də var,
hətta filmə çəkilən aktyorlardan bəzisi onu
yaradıcılığı üçün qara ləkə
hesab edir və s. Şəxsən mən bu fikirlərlə
razılaşmıram. Əksinə indiki
kommersiya filmləri ilə müqayisədə "Qara
volqa" ən gözəl sənət
nümunələrindən biridir. Sadəcə olaraq
dövrlə bağlı olaraq texniki avadanlıqların
azlığı, maliyyə dəstəyinin az olması və
s. kimi çatışmamazlıqlar imkan vermədi ki, film əsərin
ruhu çərçivəsində çəkilsin".
Filmə niyə "zəif" damğası
vuruldu?
Naibə xanımın sözlərinə
görə, rejissor etiraf edirmiş ki, "filmin sona
çatdırılması üçün əldə olan
pulu güc-bəla ilə çatdırır".
Nəticədə pul az olduğu
üçün əksər epizodlar çəkilmədi. "Çox təəssüf ki, hazırda həmin
epizodları xatırlamıram, təxmini də demək
istəmirəm. Ancaq bir etirafı etmək
istərdim ki, əksər aktyorların oyunu çox zəif
idi. Adlarını çəkməyəcəyəm,
sadəcə onu demək istərdim, həmin aktyorların
öhdələrinə düşən obrazların
imkanlarından istifadə edə bilmədilər ki, bu da sonda
filmə zəif damğası vurulmasına geniş
şərait yaratdı",-deyə aktrisa vurğulayır.
Naibə Allahverdiyeva
tərəfmüqabilləri arasında xüsusilə Fuad
Poladovun işindən razı qalıb. "Çəkildiyim
epizodlarda əsasən Fuad Poladovla tərəfmüqabili
olmuşam. Bildiyiniz kimi Fuad Poladov aktyor kimi
çox güclüdür. Çəkiliş
vaxtı ondan böyük güc aldım. Ymumiyyətlə
o, bir aktyor kimi tərəfmüqabilini düşünən,
lazım gəlsə ondan köməyini
əsirgəməyən aktyorlardandır".
Filmin ədəbi ssenarisi "Qara volqa"
romanının motivləri əsasında yaradılsa da,
çəkiliş vaxtı rejissor ssenarisi birbaşa
çəkilən anın təsirindən yaranıb. "Hazırda romanı olduğu kimi xatırlamasam
da, çəkiliş vaxtı hiss edirdim ki, tamam fərqli
formada ssenari çəkilir. Filmdə
ardıcıllığın zəif olması ona gətirib
çıxarırdı ki, hadisələr arasında olan
bağlantılar tamam sıradan çıxırdı".
Burdan da belə nəticəyə gəlmək
olar ki, filmin ssenarisi zəif olub. "Ssenari
çox məhdudlaşdırılmışdı,
obrazların imkanları azalmışdı, bir sözlə,
aktyor üçün olan material azlıq edirdi. Ancaq elə etmək olardı ki, süjet xətti
üzrə hadisələr ardıcıl formada inkişaf
etdirilərdi".
"Qara volqa" adı filmə uğur
qazandırdı
Naibə Allahverdiyeva hesab edir ki, "filmin qazandığı
uğurun elə yarısı onun adı ilə bağlı
oldu". İlk dəfə filmin nümayişinə
gələnlərin əksəriyyəti onun adına
yığışmışdılar. "Hələ
çəkiliş gedə-gedə hamı filmin taleyi ilə
maraqlanırdılar. Tamaşaçını
aldatmaq mümkün deyil və bir məqamı da
nəzərinizə çatdırım ki,
tamaşaçı güzəşt etmir, eyni zamanda hər
hansı bir oyuna, səhnəyə münasibətini bildirir.
Dəfələrlə şahid olmuşam ki,
hər hansı bir filmin təqdimatında tamaşaçı
öz razılığını və yaxud əksinə
narazılığını o an açıqca bildirib. Ancaq "Qara volqa" filminin nümayişində
tamaşaçıların üzündə razılıq
ifadəsi var idi. Mən deyərdim ki, bu film
tamaşaçıları
düşündürdü",-deyə aktrisa bildirir.
Bəs, filmə niyə zəif damğası
vuruldu?
Naibə Allahverdiyeva bununla deyir: "Elşən
peşəkar olmasa da kino sahəsində
çalışmış, kinodan başı çıxan
bir insan idi. Onsuz da bizdə adətdir ki,
yıxılana balta vuran çox olur. Ola
bilsin ki, "Qara volqa" filmi məhz belələrinin
güdazına getdi".
Film maraqla qarşılandı
Filmin kinostudiyanın nəzdindəki Bədii Şura
tərəfindən qəbul olunduqdan sonrailk təqdimatı
Respublika sarayında keçirilib.
Əsərə böyük maraq göstərən
paytaxt əhli filmin ilk nümayişinə həvəslə
gəliblər. Naibə xanımın
dediyinə görə, ilk təəssürat
tamaşaçıları qane edib. Sonralar
isə film bir neçə telekanal tərəfindən
nümayiş olunub və bu, son illərədək davam edib.
Ancaq bir neçə ildir ki, "Qara volqa"
"qaraj"a - əksər filmlərimiz kimi arxivə
atılıb.
Ekspress.-2007.-21-23
aprel.-S.18.