Mehdixanlı T.
Milli kinomuza dövlət
qayğısı
Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyev
ölkəmizdə kino sənətinin daha da inkişaf etdirilməsi,
mühafizə olunması barədə Sərəncam imzalayıb.
Həmin tarixi sənəddə vurğulanır ki, Azərbaycanda
kino sənəti özünəməxsus inkişaf yolu
keçmiş və xalqımızın
mədəni-mənəvi həyatında mühüm rol
oynamışdır. 109 il əvvəl neft Bakısından
bəhs edən ilk ekran nümunəsi çəkilmiş,
sonralar "Neft və milyonlar səltənətində",
"Arşın mal alan" və bir çox başqa
bədii-publisistik filmləri lentə alınmışdır.
Dövlət
başçısının imzaladığı Sərəncamda
qeyd olunur ki, 1991-ci ildən etibarən kino sistemi və
Azərbaycan kinematoqfafiyası bir sıra
çətinliklərlə qarşılaşmışdır.
Keçid mərhələsindəki ciddi problemlərə
baxmayaraq, müstəqillik dövründə Azərbaycan
kinosu öz yaradıcılıq potensialı sayəsində
müəyyən uğurlar əldə etmişdir. Bununla
yanaşı, milli kino ənənələrinin qorunması
və dünya kinematoqrafiyasının tərkib hissəsi
olaraq yeni şəraitdə fəaliyyət göstərə
bilməsi üçün təxirəsalınmaz tədbir[ərin
həyata keçirilməsinə zərurət
yaranmışdır. Nəzərdə tutulan vacib
məsələlərdən biri də lent
əsərlərinin mühafizə olunduğu Dövlət
Film Fondunun fəaliyyətinin canlandırılmasıdır. Fondun
direktoru, sənətşünas Cəmil Quliyev söhbət
zamanı dedi:
- Ən əvvəl
sənətə, sənətkara qayğı
göstərən dövlətimizin başçısı
cənab İlham Əliyevə kino sahəsində
çəlışanların, xüsusən Dövlət
Film Fondunun kollektivi adından dərin
təşəkkürümü bildirirəm. Möhtərəm
Prezidentin imzaladığı Sərəncam Azərbaycan kinematoqrafçıları
qarşısında yeni inkişaf yolu açır. Həmin taleyüklü
sənəddə kinonun bütün sahələrinin
inkişafı, perspektivləri əhatə olunur.
İnanırıq ki, bu Sərəncam yeni proqramların, daha
maraqlı, baxımlı sənət əsərlərinin
yaranmasına təkan verəcək, beynəlxalq aləmdə
tanıtdırmağa şərait yaradacaq.
Dövlət Film Fondu on
üç il əvvəl "Azərkinovideo"
İstehsalat Birliyinin nəzdində yaranıb. Qurumda həm
janrlı, həm də növlü milli filmlərimizlə
bərabər, bir çox xarici ölkələrdə istehsal
olunmuş ekran əsərləri mühafizə olunur. Fondun
proqramını müasir tələblərə uyğun
həyata keçirməyi planlaşdırmışıq. Bu
işdə beynəlxalq təcrübəyə
əsaslanmışıq. Dövlət Film Fondu başqa
ölkələrdə də mövcuddur və həmin fondlar
xüsusi proqram əsasında fəaliyyət
göstərirlər və işini bir neçə
istiqamətdə tənzimləyib, inkişaf etdirir. Filmlərin
qorunması, bərpası, arxiv materiallarının toplanması,
mühafizəsi Dövlət Film Fondunun əsas xidməti
hesab olunur. Arxiv materiallarına filmlərlə əlaqəli
fotolar, vaxtilə kino çəkilişlərində
istifadə olunmuş avadanlıqlar daxildir. Onlar eksponat kimi saxlanılır. Başqa bir fəaliyyətimiz isə beynəlxalq əlaqələrlə
bağlıdır. Dövlət
Film Fondu qapalı şəraitdə
fəaliyyət göstərməməlidir.
Mütləq beynəlxalq
təcrübəyə, proseslərə
əsaslanmalı, mütəmadi
olaraq proqram mübadiləsi aparmalıdır.
Hələ səkkiz il əvvəl bizim Film Fondu Beynəlxalq
Arxivlər Federasiyasına üzv qəbul olunub.
Təəssüf ki Fondumuz son illər üzvlük haqqını
ödəmədiyinə
görə
federasiyadan xaric olunmuşdu. Lakin Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayevin səyi,
qayğısı
sayəsində borclar
ödənilmiş,
cari ilin yanvar ayından yenidən həmin federasiyanın üzvü olmuşuq. Federasiyanın Brüsseldə yerləşən
qərargahı ilə
daim yaradıcılıq
əlaqəsi saxlayırıq. Bu federasiya bizə yaxından kömək göstərir. Məsələn, Fransa Kino Arxivi bizə hər hansı rejissorun filmləri haqqında proqram göndərir.
Biz də onlara
Azərbaycan filmlərindən
ibarət proqram veririk. Bu mədəni
əlaqələr kinoarxiv
xətti ilə nümayiş olunur. Əfsuslar ki, bizim hələlik
nümayiş zalımız
yoxdur. Ancaq ümid edirik
ki, tezliklə bunlar düzələcək,
hətta kinoteatrımız
da olacaq. O zaman bizim proqramlar
mübadiləmiz daha da genişlənəcək.
Filmlərin mühafizəsi ilə
əlaqədar tədqiqatlar
aparırıq. Fondumuzda
80 il əvvəl
çəkilən filmlərin
orijinal nüsxələri
saxlanılır. Hər birinə
də elmi əsaslarla yanaşırıq.
Xüsusi bülletenlər, məcmuələr, kitablar
çap etməyə
hazırlaşırıq. Onları federasiyanın xətti ilə təşkilatın
bütün üzvlərinə
göndərəcəyik. Filmlərin qorunması üçün dünyada
baş verən proseslərlə
Dövlət Film Fondunun əsas fəaliyyət istiqamətlərindən
biri kino sənətinin təbliği
ilə bağlıdır. Proqrama milli
kino sənətimizin,
həm də xarici filmlərin təbliği daxildir.
Hazırlanan tədbirlər proqramı
əsasında Azərbaycanın
bir sıra görkəmli kino xadimlərinin yaradıcılıq
gecələri və yubileylərini keçirməyi
planlaşdırmışıq.
Xalq artisti Nodar Şaşıqoğlunun
80, Eldəniz Zeynalovun
70, Hacıbaba Bağırovun
75, kinooperatorlar Arif Nərimanbəyovun
90, Rafael Qəmbərovun 60, rejissor Gülbəniz Əzimzadənin 60 illik yubileylərinin qeyd olunması həmin plana daxildir. "O olmasın, bu olsun"
filminin
50, "Fətəli xan" filminin 60 illik
yubileylərini də
keçirməyi nəzərdə
tutmuşuq. Dünyada
tanınan sənət korifeylərini də unutmamışıq. Çarli
Çaplinin vəfatının
30 illiyilə
əlaqədar tədbir keçirəcəyik. Aktyorun filmlərinin retrospektiv nümayişini təşkil edəcəyik. Az.TV ilə
razılaşma əsasında "Dövlət Film Fondunun kolleksiyası" adı ilə veriliş
yaxın günlərdə
ekrana
çıxacaq, tamaşaçıları
qurumda saxlanılan xarici filmlərlə
Milli filmlərimizin nüsxələri artıq Dövlət Film Fonduna daxil olub. Bəstəkar Müslüm Maqomayevə
həsr olunmuş
sənədli filmi arxivə gətirmişik.
Bu filmdə məşhur opera müğənnisi
Şövkət Məmmədova,
görkəmli dirijor Niyazi xatirələrini bölüşür. Eyni
zamanda lent yaddaşında görkəmli
ifaçı Müslüm
Maqomayevin də müsahibəsi var. Aktyor Ələsgər Ələkbərovun 50 illik
yubileyinə həsr olunmuş 10 dəqiqəlik
filmi çətinliklə də olsa bərpa edə bilmişik. Bu film o
zaman yeganə nüsxədə buraxılıb.
Rejissor Tofiq İsmayılovun 1967-ci ildə
çəkdiyi "Şəhərimizin
daşları", rejissor
Ənvər Əbluçun
çəkdiyi "Körpülər"
sənədli filmləri
Fonda daxil edilib. Bir çox
rejissorlar öz şəxsi arxivini bizə hədiyyə ediblər. Sənədli filmlər rejissoru Niyazi Bədəlovun filmlərini ailəsi Fondumuza verib. Rüstəm İbrahimbəyov
"Köçərilər", Ayaz Salayev
"Yarasa" filmini,
kinorejissor Şamil Nəcəfzadə filmlərini,
Afaq Bəşirqızı
atası Bəşir Səfəroğlunun Tacikistanda
çəkildiyi "Molla Nəsrəddinin
12-ci qəbri" filmini
Dövlət Filmi Fonduna
hədiyyə edib. Yaxın günlərdə
Hacıbaba Bağırovun
fəaliyyəti ilə
bağlı kinoarxivin
də Fonda verilməsi gözlənilir.
Fondda Azərbaycan kino ensiklopediyası ilə bağlı işlər görülür.
Bununla bağlı Mədəniyyət və
Turizm Nazirliyinə müraciət etmişik. Elmlər doktoru Rəhman Bədəlov və
tanınmış
kinoşünas Aydın Kazımzadə tədqiqat apararaq demək olar bütün materialları hazırlayıblar. Eyni zamanda, kinooperator Rafiq Quliyevin "Azərbaycan səssiz filmlərinin təsvir irsi" adlı toplunu da dərc etməyi planlaşdırmışıq. Kitabda vaxtilə Azərbaycanda çəkilmiş səssiz filmlərdə
operator sənətinin
əsasları,
onun təsvir irsi ilk dəfədir ki,
tədqiq olunur.
Görüləcək işlərin sırasına Fondumuzun internet saytının yaradılması
da daxildir. Orada Dövlət Film Fondunda saxlanılan Azərbaycan filmləri və xarici filmlər, o cümlədən bütün rejissorlar,
aktyorlar haqqında məlumatlar olacaq. Hazırda Fondun kollektivi azsaylıdır. Bu qədər işin öhdəsindən gəlmək çətin olsa da biz səylərimizi əsirgəmir, var gücümüzlə çalışırıq.
Azərbaycanın bir çox filmlərinin neqativi Rusiya Dövlət
Film Fondunda saxlanılır. Onların
Bakıya gətirilməməsi
müəyyən səbəblərlə
bağlıdır. Ən
əsası Dövlət
Film Fondunda saxlama şəraiti qənaətbəxş deyil.
Fonddakı otaqların
sayı azlıq
təşkil edir. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin qayğısı
sayəsində Dövlət
Film Fondu üçün müasir,
beynəlxalq tələblərə
cavab verən binanın inşa olunacağı xəbərini
sevinclə qarşıladıq.
Şəraitimiz olandan
sonra filmlərimizin orijinallarının Moskvadan
gətirilməsi qayğısına
qalacağıq.
Azərbaycan.- 2007.- 4 aprel.- S. 6.