“Məktəb və Kino” film həftəsi başlayıb

 

Aprelin 16-dan Bakının "Dostluq", "Araz", "Təbriz", "Bakı", "Vətən" və "Qarabağ" kinoteatrlarında "Məktəb və kino" film həftəsi başlayıb. Aprelin 21-nə qədər davam edəcək film həftəsi Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına uyğun olaraq Bakı Şəhər Təhsil İdarəsi ilə birgə keçirilir.

Həftə ərzində təhsil proqramına uyğun olaraq bədii və sənədli filmlərin nümayişi planlaşdırılıb. Tədbirin əsas məqsədi gənclərin Azərbaycan dünya ədəbiyyatı nümunələrinə, tarixi keçmişimizə marağını artırmaq, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdir.

"Məktəb kino" film həftəsinin proqramına daxil edilmiş kinoəsərlər Dövlət Film Fondunun kolleksiyasındandır.

Film həftəsinin yekunları Mədəniyyət Turizm Nazirliyi Bakı Şəhər Təhsil İdarəsi tərəfindən təhlil olunacaq, gələcəkdə belə tədbirlərin daha səmərəli təşkili üçün istifadə ediləcək. Xatırladaq ki, məktəblilər üçün seanslar pulsuzdur, nümayişlərin təşkili ilə bağlı xərcləri kinoteatrlar ödəyəcəkdir.

 

Kino+.- 2007.- 20 aprel.- S. 3.