Mosfilm Fəxrəddin Manafovu killer roluna çəkir

Azərbaycanda isə o bu yaxınlarda İbrahim xan obrazını yaradıb

 

Tanınmış istedadlı aktyorumuz Fəxrəddin Manafov Rusiyada filmə çəkilir. Bu barədə internetdə ruslara məxsus kino saytında məlumat verilir. SaytınRusiya aktyorlarıadlı bölməsində Fəxrəddin Manafovun adı da var.

Maraqlıdır ki, adı rus aktyorlarının siyahısına düşmüş bu sənətkarın harada doğulması haqda saytda bir kəlmə yazılmayıb. Hətta onun titulu, Azərbaycanın xalq artisti olması da yaddan çıxıb. Yalnız o qeyd olunur ki, Fəxrəddin Manafov 1978-ci ildən 1982-ci ilə qədərAzərbaycanfilm işləyib. Bir onun çəkildiyi filmlərin siyahısı verilib. Saytın Fəxrəddin Manafov barədə verdiyi bilgi bunlardan ibarətdir: “Fəxrəddin Manafov 1955-ci ildə Bakıda anadan olub. Azərbaycan mədəniyyət İncəsənət Universitetini bitirib, sonralar filan-filan filmlərə çəkilib.” 16 filmin adı var, sonuncusuOtel otağı”dır. Görünür, sayt çoxdandır ki, təzələnmir, necə yazılıb, elə qalıb. Aktyorun şəkli verilməyib.

Qeyd edək ki, F.Manafov 1955-ci ildə avqustun 2-də Xankəndində anadan olub. OnunOtel otağı”ndan sonra çəkildiyi növbəti film «Qraf Krestovski”dir. Bundan başqa, Fəxrəddin Azərbaycanda çəkilənHökmdarın taleyifilmində İbrahim xanın obrazını yaradıb.

Bugünlərdə isə Fəxrəddin Manafov Moskvanın Modern Teatrında Rüstəm İbrahimbəyovun ssenarisi əsasında hazırlananSiçovuladlı tamaşada baş rollardan birində oynayır. Tamaşaya quruluşu F.Manafov özü verib əsərin premyerası aprelin 11-də baş tutub. Tamaşada cəmi üç obraz var, onlardan birini, azərbaycanlı obrazını Fəxrəddin Manafov yaradır.

Mosfilm”in çəkdiyiSilahbədii filmində isə aktyora killer obrazı həvalə olunub. O da baş rollardan biridir.

 

Gündəlik Azərbaycan.-2007.-21 aprel.-S.14.