Mürvətqızı S.

 

Azərbaycan Beynəlxalq Kino Məktəbinə tələbə qəbulu yekunlaşıb

 

Məktəbə daxil olanlar kinoşünas, rejissor, dramaturq və prodüser ixtisasına yiyələnə biləcəklər

 

Ötən gün Kinematoqrafçılar İttifaqının rəhbərliyi Azərbaycan Beynəlxalq Kino Məktəbinin yaradılması ilə bağlı mətbuat konfransı keçirdi. "İbRus" Teatrında keçirilən tədbirdə çıxış edən Kinematoqrafçılar İttifaqının katibi Cəmil Quliyev sözügedən məktəbin yaranması haqqında ətraflı məlumat verdi: "Azərbaycan Beynəlxalq Kino Məktəbinin həm təşəbbüskarı, həm yaradıcısı Rüstəm İbrahimbəyovdur. Məqsəd beynəlxalq tələblərə cavab verən kino mütəxəssisləri hazırlamaqdır. Bu məktəbə qəbul imtahanı 3 mərhələdə aparılıb. Məktəbə daxil olmaq üçün müraciət edən 306 gəncin anketi nəzərdən keçirilərək onlardan 108-i 2-ci tura buraxılıb. Bu sınaqdan keçən 29 nəfərə 4 ixtisaskinoşünas, rejissor, dramaturq prodüserlik üzrə ali kurslar tədris olunacaq. Məktəbin filmotekası, kinozalı var. Buraya yalnız ali təhsili olanlar qəbul edilib daxil olan tələbələr arasında qeyri-kino ixtisaslı şəxslər daha çoxdur. Dərsləri xarici mütəxəssislər tədris edəcək hər ixtisas üzrə emalatxana fəaliyyət göstərəcək". Məktəbin Moskva Ali Rejissor Kurslarının nəzdində formalaşdığını qeyd edən C.Quliyev burada tədrisin 2 illik proqram çərçivəsində nəzərdə tutulduğunu məzunlara beynəlxalq statuslu sertifikat veriləcəyini vurğuladı. İttifaqın digər katibi Abbas Əliyev təşkilati maliyyə məsələləri barəsində danışdı: "Prezident İlham Əliyevin milli kinomuzun inkişafı ilə bağlı verdiyi sərəncamı əldə rəhbər tutaraq müvafiq təklif irəli sürdük. Mədəniyyət Turizm Nazirliyi bizim təklifimizi bəyənərək Nazirlər Kabinetinə təqdim edib. İlk mərhələdə bunun üçün 200 min yeni manat vəsait veriləcəyi nəzərdə tutulub. Bu məbləğin gələcəkdə artırılacağı gözlənilir". Jurnalistlərin suallarını cavablandıran C.Quliyev Azərbaycan rus dillərini mükəmməl bilənlərə seçim zamanı üstünlük verildiyini, təhsilin Azərbaycan vətəndaşları üçün ödənişsiz, əcnəbilər üçün ödənişli olduğunu açıqladı.
   

525-ci qəzet.-2007.-10 aprel.-S.7.