Turanə
ABŞ
rəssamı Azərbaycanlı həmkarları ilə
görüşüb
Dövlət Akademik Milli Dram Teatrında
Amerika teatr rəssamı Bredli Helm və Azərbaycan
teatr rəssamları xalq rəssamı Nazim Böykişiyev, əməkdar rəssam İsmayıl Məmmədov,
Lətifə Quluzadə,
Elnur Babayev, Valeh Məmmədov arasında görüş
keçirilib. Xarici qonaq
müasir Amerika teatrında mövcud meyl və tendensiyalar,
problem və nailiyyətlər barədə
məlumat verib. Bredli Helm həmkarlarını sənət əsərlərilə
də tanış edib. İnteraktiv sual-cavab tərzdə keçirilən bu görüşdə qonaq
Azərbaycan mədəniyyəti
və incəsənəti
ilə yaxın tanış olduğunu və Azərbaycan sənət peşəkarlığının
yüksək səviyyədə
olduğunu söyləyib.
Akademik Milli Dram Teatrı
ABŞ səfirliyinə birgə
teatr layihəsi təşəbbüsülə müraciət edib. Məqsəd, görkəmli
amerikan dramaturqu Artur Millerin “Körpüdən mənzərə”
pyesi əsasında tamaşanın Milli teatrımızın səhnəsində
hazırlanması üçün,
beynəlxalq quruluşçu
heyətin yaranmasıdır.
Qeyd edək ki, Bredli Helm
ilk dəfə olaraq “Azərbaycan-Amerikan teatr təşəbbüsü” layihəsi
ilə əlaqədar
Bakıda işgüzar
səfərdədir. Layihə
Akademik Milli Dram Teatrının səhnəsində “Körpüdən
mənzərə” tamaşasının
qoyuluşunu nəzərdə
tutur. Tamaşanın quruluşçu rejissoru -
xalq artisti, teatrın baş rejisssoru Mərahim Fərzəlibəyov və
quruluşçu rəssam
Bredli Helmdir. Layihə Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyi və ABŞ səfirliyinin
dəstəyi ilə reallaşacaq. Səhnə
əsərinin premyerası
iyun ayına planlaşdırılır.
Yeni
Azərbaycan.-2007.-14 aprel.-S.12.