Ürəkdən ürəyə

 

Azərbaycantelefilm Yaradıcılıq Birliyində Xuraman Fidan Qasımovaların həyat yaradıcılığından bəhs edən "Ürəkdən ürəyə" sənədli filminin istehsalı başa çatıb. Bu barədə APA-ya birliyin direktoru Vüqar Tapdıqlı məlumat verib. Filmin quruluşçu rejissoru Eldar Qulubəyov, ssenari müəllifi Rəfiqə Axundovadır. Film mayın əvvəlində nümayiş etdiriləcək. Birlikdə hazır olan ikinci sənədli film Əziz Əliyevdən bəhs edən "Olduğumuz kimi" filmidir. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissor Elşən Zeynallıdır. Birliyin yaradıcı kollektivi "Qubada soyqırım" filminin çəkilişlərinə başlayıb. Rejissor Miri Rzayevin quruluş verdiyi filmdə Qubada azərbaycanlara yəhudilərə qarşı törədilən soyqırımı faktları nümayiş etdiriləcək.

 

Xalq cəbhəsi.-2007.-24 aprel.-S.15.