Bülbülün 110 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



2007-ci ilin iyun ayında Azərbaycan professional vokal sənətinin banisi, görkəmli müğənni pedaqoq Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 110 illiyi tamam olur.
Azərbaycan mədəniyyəti tarixinə milli Avropa vokal məktəbi ənənələrinin uğurlu sintezinin yaradıcısı kimi daxil olmuş Bülbülün dünya klassiklərinin Azərbaycan bəstəkarlarının opera əsərlərində oynadığı partiyalar, ifa etdiyi muğam xalq mahnıları Azərbaycan musiqisinin qızıl fondunu təşkil edir.
Milli musiqi mədəniyyətinin inkişafı, tədqiqi təbliğində misilsiz xidmətlər göstərmiş Bülbülün 110 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası Bülbülün 110 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 aprel 2007-ci il

 

Azərbaycan.-2007.-17 aprel.-S.2.