Həqiqət Rzayevanın 100 illik yubileyi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


2007-ci ilin may ayında Azərbaycan Respublikasının xalq artisti, milli opera ifaçılığı sənətinin tanınmış nümayəndəsi Həqiqət Rzayevanın anadan olmasının 100 illiyi tamam olur.
Azərbaycan səhnəsində çıxış edən ilk azərbaycanlı qadın müğənnilərdən biri olmuş milli musiqinin inkişafına töhfələr vermiş Həqiqət Rzayevanın 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1.
Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi Həqiqət Rzayevanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 mart 2007-ci il

 

Xalq qəzeti.-2007.-1 aprel.-S.2.