Akifqızı Ş.

 

Qədim Şərq muğam qrupu ABŞ-da uğurla çıxış etmişdir

 

"Yüz nəfərlik auditoriya Azərbaycan folklor musiqisinin ifasını ayaq üstə alqışlayaraq "Bir daha! Bir daha!" qışqırırdılar". Bu sətirlər ABŞ-ın Montana ştatının yerli "Livinqston Ekspress" qəzetindən götürülmüşdür.
Livinqston şəhəri "Qədim Şərq" muğam qrupunun ABŞ-da çıxış etdiyi növbəti şəhərlərdən biri idi. Azərbaycan Mədəniyyətinin Dostları Fondu Heydər Əliyev Fondunun dəstəyi ilə ABŞ-a qastrol səfərlərinə gələn qrup Viskonsin Kaliforniya ştatlarında da konsertlər vermişdir.
ABŞ-da Azərbaycan milli musiqisinə maraq böyükdür. Yerli mətbuatın yazdığına görə, konsert salonlarında boş yer olmurdu. Tarixi min illərdən gələn Azərbaycan muğamını dinləməyə gələnlər Şərq Qərb arasında olan boşluğu musiqi körpüsü ilə keçməyə çalışırlar.
Muğam ifaçılarımız Montana ştatında dörd konsertlə çıxış etmişlər. Kaliforniyanın Amerika-Azərbaycan Şurasından verilən məlumata görə isə, şura ölkəmizin Los-Ancelesdəki Baş konsulluğunun dəstəyi ilə muğam qrupunun Kaliforniyanın Los-Anceles Universitetində konsertini təşkil etmişdir. Konsertə gələn qonaqları salamlayan Amerika-Azərbaycan Şurasının direktoru Cavid Hüseynov, Azərbaycanın baş konsulu Elin Süleymanov "Qədim Şərq" qrupunun üzvü Sənubər Bağırova muğam, onun tarixi Azərbaycan mədəniyyətindəki rolu barədə məlumat vermiş, qrupun Amerikadakı uğurlu qastrolları barədə danışmışlar.

Azərbaycan.-2007.-25 aprel.-S.8.