Əlibəyli G.

 

Dahi bəstəkara həsr edilmiş miniatür kitab çap olunmuşdur

 

Bu günlərdə Mədəniyyət Turizm Nazirliyinin "Kitab" Cəmiyyətinin xəttilə nəfis şəkildə yeni miniatür kitab çapdan çıxmışdır. Kitab dahi bəstəkar Qara Əbülfəz oğlu Qarayevə həsr edilmişdir.
Miniatür nəşrdə dünya şöhrətli bəstəkarın tədqiqatçısı, məşhur pedaqoq musiqişünas, professor Lüdmila Karagiçevanın geniş maraqlı kitabından seçmə parçalar dərc edilmişdir.
L.V.Karagiçeva 1923-cü ildən 1982-ci ilə qədər Bakıda yaşamışdır onun musiqişünas-alim pedaqoq kimi Azərbaycan musiqi mədəniyyətində son dərəcə böyük misilsiz xidmətləri olmuşdur. Qara Qarayevin yaradıcılığının təhlili təbliği L.Karagiçevanın tədqiqatlarının əsasını təşkil etmişdir. O, 10-a qədər fundamental kitab monoqrafiya yazmış, esse məqalə toplularını bəstəkarın ölməz musiqisinə həsr etmişdir.
L.Karagiçeva ilk dəfə Qara Qarayevin musiqisinin dünya mədəniyyəti kontekstində təhlilini aparmış bu musiqiyə son dərəcə yüksək qiymət vermişdir. "Qara Qarayev - XX əsrin görkəmli bəstəkarı" kitabında müəllif bəstəkarın həyatının, şəxsiyyətinin, musiqi yaradıcılığının köklərini, təkrarsız dərin mənasını açmağa nail olmuş müasirlərinə bu mürəkkəb musiqinin ciddi fəlsəfi sirlərini ustalıqla açıb göstərmişdır. Xüsusi qeyd etmək lazımdır ki, kitab gözəl publisistik, bədii üslub formada yazılmışdır.
L.V.Karagiçeva Bakıdan Moskvaya köçəndən sonra da (1982-ci il) Azərbaycan musiqisi xüsusilə Qara Qarayevin yaradıcılığı ilə məşğul olmaqda davam etmişdir.
Özəl Miniatür kitab muzeyinin yaradıcısı təsisçisi, əməkdar mədəniyyət işçisi Zərifə Salahova L.Karagiçevanın
Qara Qarayev haqqında yazdığı son monoqrafiyası ilə tanış olmuş buradan ən maraqlı hissə parçaları seçib tərcümə üçün istedadlı yazıçı tərcüməçi Siyavuş Məmmədzadəyə təqdim etmişdir.
Qara Qarayevə həsr edilmiş bu miniatür kitab iki dildə - həm Azərbaycan, həm rus dillərində "Kitab" Cəmiyyətinin nəşriyyatında çap olunmuşdur. Miniatür kitabın formatı 47 x 45 mm-dən ibarətdir. Buraya 380 səhifəlik mətn, 19 şəkil yerləşdirilib. Kitabın superçildini Qara Qarayevin gözəl, dərin mənalı portreti bəzəyir. Bu portret xalq rəssamı, akademik Tahir Salahovun fırçasının məhsuludur. Sual oluna bilər: niyə məhz Tahir Salahovun əsəri burada yerləşdirilib?
Məsələ bundadır ki, L.Karagiçevanın monoqrafiyası məhz bu portretin ona necə dərin təsir etməsi haqqında söhbətlə başlayır. Sən demə, kitabın müəllifi L.V.Karagiçeva məhz Tahir Salahovun ustalıqla çəkilmiş portretindən bəhrələnərək ilham almış fundamental tədqiqat üzərində işləməyə başlamışdır.
Qara Qarayevin portreti 1961-ci ildə Moskvada Manejdə nümayiş etdirilmişdir.
Miniatür kitab muzeyinin təsisçisi yaradıcısı Zərifə Salahova deyir: "Hazırda respublika ictimaiyyəti bəstəkarın 90 illik yubileyinə hazırlıq görür. Demək olar ki, bu miniatür kitab yubileyə hazırlığın ilk addımıdır.
Mən bu işləri Mədəniyyət Turizm Nazirliyinin mənəvi maddi dəstəyi, həm qəlbimin sifarişiylə görmüşəm. İnanıram ki, bu kitab milli mədəniyyətimizn dahilərinə həsr olunmuş miniatür kitablar sırasında layiqli yer tutacaq".

Azərbaycan.-2007.-6 aprel.-S.7.