Fikrət Əmirovun
Kor ərəbin mahnısı ermənilər
tərəfindən oğurlanıb
Abutalıb
Səmədov: "Bunun
qarşısını almaq
istiqamətində çalışırıq"
"Biz bu gün daha çox
Fikrət Əmirovun yazdığı "Kor ərəbin mahnısı"nın
ermənilər tərəfindən
oğurlanmasının qarşısını
almaq istiqamətində
çalışırıq. Artıq belə məsələlərlə
məşğul olan yeganə beynəlxalq qurum olan Ümumdünya
Əqli Mülkiyyət
Təşkilatına müraciət
etmişik. Təşkilatın
baş direktor müavini Bakıda olanda bu barədə
onunla ətraflı danışıb qəti etirazımı bildirdim. Əgər bir nəticə əldə olunmasa, onda növbəti addım kimi Avropa Məhkəməsinə
müraciət edəcəyik".
Bu sözləri Müəllif Hüquqları
Agentliyinin sədri Abutalıb Səmədov deyib. A. Səmədov Avropa İnsan
Haqları Məhkəməsinin
erməni plagiatlığı
ilə mübarizədə
hansı qərarlar qəbul edə biləcəyinə də
aydınlıq gətirib:
"Çox təəssüf
ki, Avropa Məhkəməsi də digər strukturlar kimi daha çox
öz maraqlarına uyğun məsələləri
icraata götürür.
Hansısa müxalifətçi
müraciət edəndə
təcili baxıb dövlətə cərimə
kəsirlər. Amma bu kimi məsələləri
ya icraata götürmürlər, ya
da uzun müddət
ləngidirlər". Bu
məsələ ilə
bağlı müraciət
edə biləcəkləri
başqa qurum olmadığı üçün
A. Səmədov hələlik
Ümumdünya Əqli
Mülkiyyət Təşkilatının
imkanlarından istifadə
etmək fikrində olduqlarını bildirib:
"Nəticə əldə
etmək üçün
ciddi təzyiqlər göstəririk. Çalışırıq
ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı bu məsələ ilə bağlı qərar qəbul etsin. Digər tərəfdən, biz hər dəfə bu məsələləri
qaldıranda heç olmasa başqa mahnılarımızın ermənilər
tərəfindən oğurlanmasının
qarşısını almaq
üçün müəyyən
cəhdlər etmiş
oluruq".
Səs.-2007.-26 aprel.-S.12.