Hacıbəyov
Ü.
Səs
gəlir
Kefimiz çox kökdür, qovun-qarpız da Allaha
şükür çıxıb. Üzümün də ləzzətli vaxtıdır.
Nə qədər istəyirsən ye, iç. Bu orucluq
da bir tərəfdən
gəlir, amma bir az hava
istidir. Və bir də bizim
dəryanın o yan tərəfinədək
qulağımıza bir
para səslər gəlir. Deyirlər ki, İran tərəfdə
bilmirəm dava var, nə var.
Bir yandan da günümüz axşama kimi palan dallarında evlərin kölgəsində
bitlənən həmşəhrilər
deyəndə ki, a kişi evinizdə
it ki ölməyib?
Burda nə gəzirsiniz? Deyirlər: “Vətən çox şuluqdur, baş götürüb qaçmışıq”.
Avstraliyada çıxan qəzetlərin
yazdığına görə,
Mədəlibəy (Məmmədəli
şah — T.A.) gəlib
bizim yanımızdan adlayıb İrana tərəf aparıb, amma and olsun
Purişkeviçin gözəl
başına ki, bu işdə bizim əsla xəbərimiz olmayıb.
Görünür ki, zalım aeroplan ilə uçub Rusiyadan keçib. İndi bu insanlara
deyən gərək,
ay canım! Kişi qayıdıb öz sevgili Vətəninə gəlib,
daha bu nə
dava, qalmaqalbazlıqdı
başlamısınız?
Vallah heç başa düşə bilmirəm. Hələ məzə burasındadır
ki, bizim “Baku” qəzeti başlayıb ki: “Gərək Qafqaz erməniləri İrana addıyıb getsinlər və orada erməni
qardaşlarına kömək
eləsinlər ki, olar da Mədəliynən
dava edib canlarını məşrutə
yolunda qurban eləsinlər”. A kişi!
Qoysan yəni hər kəs öz yerində oturub, otursun.
***
Bir tərəfdən
də qulağıma dəydi ki, İstanbul yanıbdımı
nədi? İndi Menşikov cənabları
öz qəzetəsində
yazır ki: “Biz Rusiya camaatına
lazımdır ki, İstanbulun əhalisi üçün bir az pul yığıb
yolluyaq. Nə ki, osmanlılar bizim Türküstanda olan zəlzələyə
kömək ediblər”.
Menşikovun bu təklifini oxuyan kimi bizim “İşıq”ımız da buradan Menşikova teleqram göndərib xəbər aldı ki: “Gərək, aya, biz də
buradan istanbullular üçün pul yığa bilərikmi?” Bu işə cənab Menşikovun acığı tutmazmı?
Haman o günü
gözümüzün “İşığ”ına Menşikov teleqraf ilə belə cavab verdi: “Əziz yoldaş!” kefini pozma, hər nə istəyirsən elə!"Bu cavabdan sora, bizim şəhərdə
də “fəxri-millətlərimiz” İstanbul
əhalisindən ötrü
pul yığmağa başladılar. Bu bir neçə gündə çox pul yığılıb və genə yığılır. Bu yaxınlarda İstanbula göndəriləcək ianələr
“İşığ”ın
qaranlıq otağında
qəbul olunur.
Lal uşaq
“Molla Nəsrəddin”
jurnalı.
11 avqust, 1911-ci il N 29
Xalq qəzeti.-2007.-13 aprel.-S.7.