Hacızadə A.

 

Rusiya dahi maestro Mstislav Rostropoviçlə vidalaşır

 

Rusiya bütün dünya zəmanəmizin görkəmli musiqiçisi Mstislav Rostropoviçlə vidalaşır. Dahi maestronun istedadının minlərlə pərəstişkarı onunla vidalaşmaq üçün P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük salonuna gəlirdilər.

Azərbaycanın Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu da dahi həmvətənimizə son borclarını verdilər. Azərbaycan Prezidenti İlham Əliyeyin, səfirliyimizin, Mədəniyyət Turizm Nazirliyinin adından əklillər qoyuldu. Sonra Ə.Qarayev P.Bülbüloğlu fəxri qarovulda dayandılar. Polad  Bülbüloğlu Azər TAc-ın müxbirinə bildirdi ki, Mstislav Rostropoviçin ölümü bütün Azərbaycan xalqı üçün ağır itkidir. O xatırlatmışdır ki, maestro vətəni ilə sıx əlaqə saxlayırdı və ümummilli liderimiz Heydər Əliyevin böyük dostu idi. Maestronun 70 illik yubileyi Bakıda geniş qeyd olunmuşdu. Son 10 ildə o, müntəzəm olaraq Azərbaycana gəlir, ustad dərsləri keçir, konsertlər verirdi. P.Bülbüloğlu demişdir ki, bu mehriban xeyirxah insanın həyatdan getməsi hamımız üçün böyük itkidir. Bir ay əvvəl Moskvada M.Rostropoviçin 80 illik yubileyi qeyd olunmuşdu. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev ona ölkəmizin ali mükafatını  Heydər Əliyev ordenini təqdim etmişdi. Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev Azərbaycan ictimaiyyəti mədəniyyət xadimləri adından dərin hüznlə başsağlığı verərək bildirmişdir ki, taleyin hökmü ilə dahi həmyerlimizin ölüm xəbərini Leopold Mstislav Rostropoviçlərin Bakıdakı yenicə təmir olunmuş ev muzeyində eşitmişdir. Ə.Qarayev demişdir: "Zəmanəmizin dahi musiqiçisi, həmvətənimiz M.Rostropoviçin həyatdan getməsi hamımızı dərindən kədərləndirdi. Dəfn mərasimində iştirak edərkən onun həyatı Bakıya səfərləri ilə bağlı xatirələrimiz bir daha gözlərimizin önündə canlandı. Azərbaycanın hər bir doğma övladı  kimi, ona da daim səmimi münasibət dərin hörmət var idi. O da Azərbaycanı ürəkdən sevirdi. Onun ümummilli liderimiz Heydər Əliyev ilə xüsusilə mehriban münasibətləri vardı. Həmişə deyirdi ki, Heydər Əliyev mənə vətənimi qaytardı". Nazir vurğulamışdır ki, Mstislav Rostropoviç xalqımızın qəlbimdə Azərbaycanın böyük oğlu kimi qalacaqdır.

Aprelin 29-da Xilaskar İsa dədində M.Rostropoviçin ruhuna dua oxunacaqdır. Sonra mərhum Novodeviçye qəbiristanında torpağa tapşırılacaqdır.

 

Azərbaycan.- 2007.- 29 aprel.-  S. 5.