Xatirələrdən boylanan bəstəkar
Dahi
Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun
yorulmaz və cəfakeş tədqiqatçılarından
olan Səadət Qarabağlı milli operamızın banisinin
yaradıcılığı ilə bağlı maraqlı
əsərlər yazmışdır. Üzeyir Hacıbəyovun
publisistikası, felyetonları,
müasirləri və
ailəsi haqqında mükəmməl yazıların müəllifi olan Səadət xanım ötən illərdə hazırlanmış "Üzeyir
Hacıbəyov ensiklopediyası"nın müəlliflərindən
biridir.
Daim axtarışda olan Səadət Qarabağlı dahi bəstəkarın anadan olmasının 120 illiyinə
hədiyyə olaraq vaxtilə onu yaxından tanıyan insanların lent yazılarını toplayaraq
müxtəlif disklər
(SD) hazırlamışdır. Jurnalist Gülbəniz Hüseynova
ilə birlikdə hazırlanan bu maraqlı layihələrdə
bəstəkarlardan Ədilə
Hüseynzadə, Hökümə
Nəcəfova, Cövdət
Hacıyev, Ruqiyyə Rzayeva, Hacı Xanməmmədov, Məmməd
Cavadov, Şəfiqə
Axundovanın xatirələrindən
ibarət üç disk (SD) ötən il işıq üzü görmüşdür. Unudulmaz bəstəkarımızın
tələbəsi olmuş
bu sənətkarların
çıxışları ilk dəfə Azərbaycan radiosunda səslənmişdir. Üzeyir
bəyin sevimli tələbələrindən biri
olmuş Ədilə Hüseynzadə xatirələrində
öz duyğularını
belə dilə gətirib: "E O, bir
ata kimi saysız-hesabsız Azərbaycan balalarının
əlindən tutub, onlara musiqi savadı
verib, xalqmızın tükənməz musiqi xəzinəsinin incilərindən
istifadə etməyi öyrədib".
Müəlliflər öz
xeyirxah işlərini
davam etdirərək
"Ustadı xatırlarkənE"
adlı növbəti
kompakt diski (SD) Üzeyir bəyi sevənlərə təqdim
etmişlər. Bu disklərdə
də Üzeyir bəyin tələbələri
öz müəllimləri
haqqında maraqlı xatirələr söyləyərək
onun həm şəxsiyyət, həm
də bəstəkar kimi məziyyətlərindən,
bənzərsiz xasiyyətindən,
insanlara münasibətindən
söz açmışlar.
Səadət Qarabağlı
söyləyir ki, Üzeyir Hacıbəyovla
bağlı görüləcək
işlər çoxdur.
Ustadın ötən
əsrin əvvəllərində
nəşr edilmiş
müxtəlif qəzet
və jurnallarda xeyli məqaləsi, felyetonu dərc edilmişdir. Təəssüf
ki, Üzeyir Hacıbəyovun bütün
məqalələri bu
günə kimi toplanıb nəşr edilməmişdir. Halbuki, Üzeyir bəy təkcə bəstəkar
deyildi, həm də böyük jurnalist və felyetonçu idi. O, elə əsərlərə
imza atmışdı
ki, bu gün
də öz aktuallığını itirməyib.
Bu səbəbdən də Üzeyir Hacıbəyovun əbədi
irsinin tam nəşr edilməsinə
ehtiyac var.
Azərbaycan.-2007.-8 aprel.-S.6.