Azərbaycanın birinci
xanımına “Sivilizasiyalararası dialoqun qlobal miqyasda
təşviqinə görə” mükafatı təqdim
edilmişdir
Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban Əliyeva İslam Konfransı
Təşkilatı Gənclər Forumunun
"Sivilizasiyalararası dialoqun qlobal miqyasda
təşviqinə görə" mükafatına layiq
görülmüşdür.
Aprelin 27-də Forumun
rəhbəri Əli Sarıkaya mükafatı təqdim
etmişdir. O demişdir ki, bu qərar qəbul edilərkən
Mehriban xanımın son illərdəki genişmiqyaslı
ictimai fəaliyyəti, Heydər Əliyev Fondunun prezidenti kimi
təhsil, səhiyyə, mədəniyyət, ekologiya və
digər sahələrdə həyata keçirdiyi
mühüm layihələri, YUNESKO və İSESKO kimi
beynəlxalq təşkilatlarda fəal iş, bir sözlə,
sivilizasiyalararası dialoq və əməkdaşlığa,
fərqli mədəniyyətlərin qovuşmasına
dəyərli töhfə verməsi əsas
götürülmüşdür. Azərbaycanın birinci xanımı
məhz belə səmərəli fəaliyyətinə
görə forumun Rəyasət heyətinin ötən il
sentyabrın 2-də keçirilmiş iclasının
qərarı ilə bu mükafata layiq
görülmüşdür.
Xoş
sözlərə, dəyərli mükafata görə
təşəkkür edən Mehriban xanım Əliyeva islam
dünyası gənclərinin ictimai-siyasi proseslərdə daha
yaxından iştirakının əhəmiyyətini
vurğulamış, Heydər Əliyev Fondunun gənclərin
hər bir təşəbbüsünə yardımçı
olacağını bildirmişdir.
Forumun
rəhbərləri Mehriban xanımla xatirə şəkli
çəkdirmişlər.
Azərbaycan.- 2007.- 28 aprel.- S. 4.