İstanbulda Lütfiyar İmanovun ad
günü qeyd olunub
İstanbulda yaşayan Təbriz
azərbaycanlıların Xalq artisti Lütfiyar İmanovun 79
yaşının İstanbulun "Vilia" otelinin.
restoranında qeyd ediblər. Azərbaycanın
İstanbuldakı baş konsulu Səyyad Salahlı APA-ya bildirib
ki, təxminən 60 nəfərin iştirakı ilə
çox gözəl bir gecə keçirilib, Lütfiyar
İmanov müxtəlif xalq mahnıları və ariyalar ifa
edib. Onu fortepianoda Türkiyədə yaşayan Azərbaycan
sənətçiləri müşayiət ediblər.
Baş konsulun da iştirak etdiyi ad günü
mərasimində tanınmış həkim-stomatoloq Yaqub
Kəzimi, "3 min ilin hikməti" kitabının
müəllifi Əli Polad və s. iştirak ediblər.
Təşkilatçılar söz veriblər ki,
sənətçinin 80 illiyini İstanbulun məşhur
"Camal Rəşid Rey" konsert salonunda 2500 nəfərin
iştirakı ilə qeyd edəcəklər.
Xalq cəbhəsi.- 2007.- 19 aprel.- S. 15.