Qızıl Buta sahiblərinə çatdı

 

Mükafatlandırılanlar mədəniyyət sahəsində əməyi keçənlər oldu

 

Demokratik Azərbaycanlılar İctimai Mərkəzi (DAİM) "Qızıl Buta" Müstəqil Milli Mükafatının təqdimetmə mərasimini keçirdi. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında düzənlənən tədbirdə Azərbaycan səhnəsinin ulduzları ilə yanaşı, mədəniyyət sahəsində əməyi keçən insanlar da mükafatlandırıldılar. Tədbirdə çıxış edən DAİM-in rəhbəri Zaur Mirzə mükafat alanları təbrik etdi":: "Buta milli ornamentimizdir. Mükafatı da təsis edərkən bu ornamenti əsas götürdükZ.Mirzə "Qızıl Buta"ya layiq görülənlərin təşkilatlarının keçirdiyi sorğu ilə müəyyənləşdirildiyini dedi":: "Fevraldan başlayan sorğu martda yekunlaşdı. Sorğuda iştirak edənlərin 47 faizini kişilər, 53 faizini isə qadınlar təşkil edir. Respondentlərin 11 faizi orta, 23 faizi natamam ali, 66 faizi isə ali təhsillidir". Daha sonra isə mükafatlar sahiblərinə təqdim edildi. Qaliblər sırasında olan müğənnilər tamaşaçıları öz gözəl mahnıları ilə feyziyab etdilər. Beləliklə, sorğu nəticəsində "Qızıl Buta"ya layiq görülənlər aşağıdakılardır":: 1. Ağaxan Abdullayev - Gənc istedadlıların yetişdirilməsindəki xidmətlərinə görə; 2. Rəşidə Rəşid - Musiqimizdə yeni keçid mərhələsi yaradılmasına görə; 3. Vaqif Mustafayev - Televiziya sahəsində yüksək uğurlara görə; 4. Radio "Space" 104 FM - Milli musiqimizin mədəniyyətimizin radioda təbliğinə görə; 5. Teymur Mustafayev - Milli-mədəni dəyərləri ifalarında əks etdirdiklərinə görə; 6. Məleykə Əsədova - Aktyorluq sahəsində uğurlu fəaliyyətinə görə. 7. Alim Qasımov - Azərbaycan mədəniyyətinin təbliğindəki xidmətlərinə görə; 8. Mənzurə Musayeva - Muxtəlif janrlarda ifa etdiyinə görə; 9. Gövhər Həsənzadə - Azərbaycan musiqisinə verdiyi yeni töhfələrə görə; 10. Könül Xasıyeva - Milli-mədəni dəyərləri ifalarında əks etdirdiklərinə görə. 11. Ramiz Abdullayev - Müasir poeziyada tarixi ənənələri əks etdirdikləri xidmətlərə görə; 12. Faiq Ağayev - Azərbaycanda uğurlu konsert proyektlərinə görə; 13. Xanlar Bəşirov - Milli rəqslərimizin müasirləşməsindəki xidmətlərinə görə; 14. Aşıq Samirə - Aşıq sənətinin təbliğində inkişafında xidmətlərinə görə; 15. Asif - Poeziyamızın müasirləşməsində təbliğində xidmətlərinə görə. 16. İlqar Muradov - Müasir estrada janrının yaradılmasındakı xidmətlərinə görə; 17. Səfurə Rəhimova - Teleməkanda mədəniyyətimizin təbliğinə görə; 18. Gün El - Müasir kliplərin yaranmasına görə; 19. Cenk İcten - Gənc istedadların təbliğində uğurlu tele-müsabiqə "Azəristar" teleproyektinə görə; 20. Fərhad Bakinski - Fərqli repertuarına görə; 21. "Lider" telekanalı "Kim? Harda? Necə?" proqramı - Mədəniyyət xəbərlərinin ictimaiyyətə obyektiv çatdırılmasına görə; 22. Arzu Mələk - Sənətdə uğurlu fəaliyyətinə görə; 23. Vüsalə İlyasova - Azərbaycan musiqisində müasir bəstələrinə görə; 24. Rüfət Mehdiyev - Müxtəlif janrlarda ifa etdiyinə görə; 25. Firdovsi Atakişiyev - Televiziya sahəsində uğurlu fəaliyyətinə görə; 26. Aygün Bəylər - İfasında vətənpərvərliyi təbliğ etdiyinə görə. 27. Günay - Azərbaycanda müasir model sənətinin inkişafına görə; 28. "Kristal" qrupu - Müasir estrada aləmində yeni janrda ifasına görə; 29. Kamal Dəniz - Bədii yaradıcılığında uğurlu fəaliyyətinə görə; 30. Musa Musayev Təranə Qumral - duet janrının təbliğinə görə; 31. Nahid Emiloğlu - Azərbaycanda ən uğurlu konsert proyektlərinin təşkilinə görə; 32. Ruhi - Yaradıcılığında uğurlu klipinə görə; 33. Hüseyn Cavadzadə - Uğurlu radio layihəsinə görə; 34. Manana Çaparidze - Mədəniyyətimizin müasirləşməsindəki xidmətlərinə görə; 35. Vüsalə Mirzəyeva - Televiziya layihəsində milli musiqimizin təbliğinə görə; 36. Maya Cəbrayılova - Xalq mahnılarının təbliğində xidmətlərinə görə; 37. Nail Nabiloğlu - Klip yaradıcılığının inkişaf etdirilməsində xidmətlərinə görə; 38. Rəhilə Bəndəliyeva - Milli musiqimizin təbliğində xidmətlərinə görə; 39. Xuraman Fərqli imicinə görə; 40. Pərviz Oqtayoğlu - Şou-proqramların təşkilinə görə; 41. Sədrəddin Cəfərov - Sənətdə uğurlu fəaliyyətinə görə; 42. Şain Cavadsoy - Jurnalistika sahəsində mədəniyyətimizin təbliğində görə; 43. Səidə - Uğurlu mahnısına görə; 44. Arzum - Uğurlu debütə görə; 45. Cavanşir Babəlioğlu - Jurnalistika sahəsində uğurlu fəaliyyətinə görə; 46. Arzu Seyidzadə - Uğurlu debütə görə; 47. Vahid - Meyxana sənətinin təbliğində müasirləşməsindəki xidmətlərinə görə; 48. Aygün Kazımova - Azərbaycan sənətinin təbliğindəki xidmətlərinə görə; 49. Aygün Kazımova, Namiq Qaraçuxurlu - Duet janrının müasirləşməsində xidmətlərinə görə; 50. Nazpəri Dostəliyeva - Azərbaycan folklor sənətinin inkişafında təbliğində xidmətlərinə görə; 51. Nisə Qasımova - Azərbaycanda şou-biznesin yaranmasında müasirləşməsində xidmətlərinə görə; 52. Fidan Qasımova, Xuraman Qasımova - klassik musiqimizin inkişafında xidmətlərinə görə; 53. Aynurə Tahirqızı - Televiziyada uğurlu fəaliyyətinə görə.".

 

Üç nöqtə.- 2007.- 13 aprel.- S. 13.