Azərbaycan
Respublikasının birinci xanımı, YUNESKO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyeva Fransaya səfəri
çərçivəsində aprelin 4-də Milli
Assambleyanın sədri Patrik Olye ilə
görüşmüşdür.
Patrik Olye Mehriban
xanımı Milli Assambleyanın binası önündə səmimiyyətlə
qarşılamışdır.
Milli Assambleyanın sədri və Azərbaycanın birinci xanımı iki ölkənin bayraqları
qarşısında xatirə
şəkli çəkdirmişlər.
Mehriban Əliyeva ilə görüşdən
məmnunluq duyduğunu
bildirən Patrik Olye Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin yanvarında Fransaya dövlət səfəri zamanı Milli Assambleyadakı görüşünü xatırlatmışdır.
Söhbət zamanı
ölkələrimiz arasındakı
münasibətlərə dair
fikir mübadiləsi aparılmışdır.
Mehriban Əliyeva ölkələrimiz arasında
mədəni sahədə
əməkdaşlığın daha da inkişaf
etdirilməsinin zəruriliyini
xüsusi vurğulamış
və Azərbaycanda Fransa, Fransada isə Azərbaycan mədəniyyəti günlərinin
keçirilməsini təklif
etmişdir.
Milli Assambleyanın sədri Azərbaycanın
birinci xanımının
bu fikrini böyük razılıq
hissi ilə qarşılamış və
bu məsələnin
seçkilərdən sonra
nəzərdən keçiriləcəyini
vurğulamışdır. O demişdir ki, nəinki mədəniyyət
sahəsində, eyni zamanda, iqtisadi sahədə də əməkdaşlığın inkişaf etdirilməsi üçün addımlar
atılacaqdır. Milli
Assambleyanın İqtisadi
əlaqələr komitəsi
üzvlərinin Azərbaycana
səfəri təşkil
ediləcəkdir. Palatanın
sədri bildirmişdir
ki, bu səfər
ölkələrimiz arasında
əməkdaşlığın daha da dərinləşməsinə
kömək edəcəkdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə
də toxunulmuşdur.
Milli Assambleyanın sədri ölkəsinin Azərbaycanın
ərazi bütövlüyünü
dəstəklədiyini bir
daha vurğulamış,
Minsk qrupunun həmsədrlərindən biri
kimi, Fransanın bundan sonra da
münaqişənin sülh
yolu ilə həllinə səy göstərəcəyini söyləmişdir.
Söhbətdə Fransa
Milli Assambleyası ilə Azərbaycan Milli Məclisinin parlament dostluq qrupları arasında əməkdaşlığın daha da inkişaf
etdirilməsinin zəruriliyi
vurğulanmışdır.
Mehriban xanım Əliyeva Fransanın bu mövqeyinə görə minnətdarlığını
bildirmiş və cənab Patrik Olyeni Azərbaycana səfərə dəvət
etmişdir. Milli Assambleyanın sədri dəvəti razılıq
hissi ilə qarşılamışdır
Azərbaycan.-2007.-5 aprel.-S.3.