Qubada Azərbaycan Musiqi Festivalı keçirilir

 

Azərbaycan Musiqi Festivalının Quba mərhələsinə start verilib. Mədəniyyət Turizm Nazirliyinin musiqi sektorunun müdiri Fərəh Əliyeva APA-ya bildirib ki, aprelin 5-dən başlayan festivalın ilk günündə Fikrət Əmirov adına Mahnı Rəqs Ansamblının konserti olub. Festivalın ikinci günüaprelin 6-da Dövlət Xor Kapellası çıxış edib. Bu gün isə klassik musiqiçilərin iştirakı ilə konsert proqramı təşkil olunacaq. F. Əliyeva bildirib ki, 11-13 apreldə layihə Saatlıda davam etdiriləcək. Festivalda Azərbaycan Dövlət Musiqili Komediya Teatrının tamaşası nümayiş olunacaq. Bununla yanaşı, "Klassik musiqi konserti" Fikrət Əmirov adına Mahnı Rəqs Ansamblının konserti keçiriləcək. Qeyd edək ki, ilk dəfə keçirilən Azərbaycan Musiqi Festivalına fevralda start verilib.
   

525-ci qəzet.-2007.-7 aprel.-S.21