Muğamlarımız Livinqstonun səhnəsində
Qədim Şərq muğam qrupunun ifasında
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun məlumatına görə,
aprelin 18-də "Qədim Şərq" muğam qrupu - dəf ifaçısı
Mahmud Saleh, tarzən Elman Sadıqov və kamançada Elnur Mikayılovun müşayiəti
ilə Azərbaycan Milli Konservatoriyasının
tələbəsi Qoçaq
Əsgərovun ABŞ-ın
Livinqston şəhərində konsert
proqramı təqdim edilib.
Məlumatda deyilir ki, musiqili proqramı
baş konsul Elin Süleymanov və "Azərbaycan gündəliyi" kitabının
müəllifi Tomas Qolts təşkil edib. Ötən əsrin 90-cı illərdə Azərbaycanda
yurnalist fəaliyyəti
ilə məşğul
olan yurnalist Qarabağ müharibəsi
illərini xatırlayaraq
belə deyib: "Mən Azərbaycanda çox ağır günlər keçirmişəm. Hər
gün ölümlə
qarşılaşırdım. Ermənilərin başladığı
müharibə nəticəsində
35 mindən çox azərbaycanlı həlak
olmuşdu".
Azərbaycanın zəngin mədəniyyətə,
incəsənətə malik
olduğunu deyən T.Qolts muğamla yaxından tanışlığını
və bu qədim milli sənətin dünya musiqi yanrları sırasında xüsusi yeri olduğunu vurğulayıb: "Muğamın
yaşı min illəri ötüb keçir. Azərbaycan xalqının bu böyük sərvətinin
özünəməxsusluğu, incəliyi var. Bu üzdən hesab etdim ki,
Azərbaycan muğamları
Livinqston əhalisi üçün maraqlı
ola bilər və ehtimalımda yanılmadım. Tamaşaçılar
muğam proqramını
böyük maraqla izlədilər və sənətçini dəfələrlə
səhnəyə qaytardılar".
Qrupun bundan öncə Amerikanın Çikaqo vəLos-Anceles şəhərlərində konsert
verdiyini söyləyən
baş konsul E.Süleymanov Livinqstondakı
proqramın daha maraqlı keçdiyini söyləyib. Qrupun ABŞ-da Qərb və Şərq mədəniyyətləri arasındaəlaqə
yaratdığını deyən
E.Süleymanov bildirib ki, onların davamlı çıxışlarını
təşkil etmək
üçün müəyyən
addımlar atılacaq.
Kaspi.-2007.-25 aprel.-S.17.