Cavadov S.

 

Mədəniyyət işçiləri də "Hərəmiz bir ağac əkək" layihəsində yaxından iştirak edirlər

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə respublikamızda geniş hərəkata çevrilmiş "Hərəmiz bir ağac əkək" layihəsi Əli Bayramlının bütün əhalisi kimi, şəhərin mədəniyyət müəssisələri tərəfindən də rəğbətlə qarşılanmışdır.
Şəhər mədəniyyət turizm şöbəsinin işçiləri yaşıllaşdırma ilə əlaqədar olan bu nəcib, xeyirxah təşəbbüsün vaxtında irəli sürüldüyünü dərk edərək ona ürəkdən qoşulmuşlar. Atalar: "Kim qədər ağac əksə, bir o qədər ömrü uzun olar" -deyiblər. Bu, həqiqətdə , belədir. Ağacları, meşələri təbiətin ciyərləri adlandırırlar. Bu gün əkilən körpə fidanlar sabah böyüyərək ekoloji tarazlığın qorunmasında, torpaq sürüşmələrinin qarşısının alınmasında, ətraf mühitin mühafizəsində əvəzsiz rol oynayacaqdır.
Layihənin həyata keçirilməsində yaxından iştirak edən Əli Bayramlı şəhər mədəniyyət işçiləri indiyə kimi 600-dən çox müxtəlif ağac gül kolları əkmişlər. Belə ki, musiqi məktəbinin kollektivi 100, mədəniyyət evinin işçiləri 150, muzey işçiləri 150, kitabxana işçiləri 200 ədəd ağac əkmişlər.
Mədəniyyət işçiləri aprel ayının sonuna kimi daha 1500 ədəd ağac gül kolları əkməyi onlara qulluq göstərməyi öhdələrinə götürmüşlər.

Azərbaycan
.-2007.-10 aprel.-S.6.