Azərbaycan-Fransa mədəni
əlaqələri intensiv
xarakter almışdır
Aprelin 4-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Fransanın mədəniyyət
və kommunikasiya naziri Reno Donnedyö de Vabr ilə görüşmüşdür.
Görüşdə Azərbaycan Prezidenti
İlham Əliyevin Fransaya dövlət səfərindən sonra ölkələrimiz arasında
təkcə siyasi-iqtisadi
deyil, həm də mədəni əlaqələrin daha intensiv xarakter aldığı vurğulanmışdır.
Azərbaycanın birinci xanımını
yenidən Parisdə görməyindən məmnunluğunu
bildirən nazir Fransa-Azərbaycan mədəni
əlaqələrinin tarixini
xatırladaraq bildirmişdir
ki, bu ənənə
indi də davam edir. Fransa qarşılıqlı mədəni
əməkdaşlığın daha da genişləndirilməsi
və inkişaf etdirilməsini istəyir.
Mədəni əlaqələrin genişlənməsi sahəsində
Mehriban Əliyevanın
çox önəmli
xidmətlərindən xəbərdar
olduğunu bildirən
nazir ölkəmizin birinci xanımının Azərbaycan mədəniyyətinin
dünyada tanıdılması
sahəsindəki fəaliyyətini
yüksək qiymətləndirmişdir.
Görüşdən məmnun
qaldığını söyləyən
Mehriban Əliyeva demişdir ki, 2007-ci il Azərbaycan
Prezidenti İlham Əliyevin Fransaya dövlət səfəri
ilə başlanmışdır
və inanıram ki, bu il
ölkələrimizin ikitərəfli
əlaqələrində çox
önəmli il olacaqdır.
Azərbaycanın birinci xanımının
rəhbərlik etdiyi Heydər Əliyev Fondu dünyanın bir çox ölkələri və təşkilatları ilə
mədəniyyət sahəsində
əməkdaşlıq edir.
Fond Fransada da
mədəni tədbirlərin
keçirilməsi, Azərbaycanın
tanıdılması üçün
konkret layihələrin
reallaşdırılmasında maraqlıdır. Mehriban Əliyeva
bu baxımdan ölkələrimizdə qarşılıqlı
mədəniyyət günlərinin
keçirilməsini təklif
etmişdir.
Təklifi məmnuniyyətlə qarşılayan nazir bununla əlaqədar yaxın vaxtlarda hər iki ölkənin
müvafiq səfirliklərinə
hazırlıq işlərinin
görülməsinə dair
təlimat veriləcəyinə
ümidvar olduğunu bildirmişdir. O, mədəniyyət
sahəsində sərgilərin
keçirilməsinin də
vacibliyini vurğulamışdır.
Mehriban Əliyeva nazir Reno Donnedyö de Vabrı Azərbaycana səfərə
dəvət etmişdir.
Dəvət böyük razılıqla qəbul olunmuşdur.
Azərbaycan.- 2007.- 5 aprel.- S. 3.