Müəllimlər İnstitutunda professor Ramiz Zöhrabovla görüş keçirilib

 

Bu gün Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) görkəmli musiqişünas, professor Ramiz Zöhrabovla görüş olub. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə AMİ-nin prorektoru Əsədəli Quliyev açıb. Qədim tarixi olan musiqimizi, mədəniyyətimizi qorumağın vacibliyini bildirən Ə.Quliyev sözü Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabova verib. Görkəmli musiqişünas çıxışında əsl sənətin bütün dünyada qəbul olunduğunu, bayağı mahnıların isə yalnız dar çevrədə tanındığını bildirib. Tədbirin sonunda muğam sənətinin mahir bilicisi olan Ramiz Zöhrabov muğam tarixi, muğam ifaçıları, eləcə çağdaş estrada müğənniləri ilə bağlı səslənən fikirlərə, suallara münasibət bildirib.

                       

525-ci qəzet.-2007.-4 aprel.-S.7.