Oqtay Əliyev: ”Biz
istəyirik, xalq ifaçılarından ibarət bir ordu
yaransın”
Artıq “SOY prodakşn”ın layihəsi olan “Xalq ulduzu”
müsabiqəsi efirdə yayımlanır. Adından da
göründüyü kimi, bu müsabiqədə xalq və
bəstəkar musiqiləri ifa ediləcək.
Hamımızın yaxşı tanıdığı, “SOY” layihəsinin
rəhbəri Oqtay Əliyevlə layihənin formatı,
iştirakçılar, eləcə də “Xalq ulduzu”
ətrafında dolaşan şayiələr barədə
söhbət etdik.
-Oqtay müəllim, “Yeni ulduz”un “Xalq Ulduz”u ilə
əvəzlənməsinin səbəbi nədir? Bu
rəngarənglik baxımındandır, yoxsa hansısa
zərurətdən?
-Əvvəlcə deyim ki, əvəzlənmə olmayıb.
Oktyabrdan “Yeni Ulduz-
-Aygün Bayramova...
-Yox. Bilirsiniz, Aygün xanım həm də muğam oxuyub
axı... Əvvələr bu sırada Ağadadaş
Ağayev də vardı, indisə o, daha çox popa meyl
göstərib. Görürsünüz ki, heç barmaqla da
saymaq olmadı. Bütün bunun nəticəsidir ki, çox
böyük bazası olan Azərbaycan musiqisini - Cahangir Cahangirovdan
başlamış Ramiz Mirişlidə qurtaran mahnıları
toz basır. Heç kim də buna müraciət etmək istəmir.
-Sizcə, “Xalq ulduzu” dinləyici toplaya biləcəkmi?
-Ooo, bilirsiniz, bunun nə qədər dinləyicisi var? Biz
digər şirkətlərdən fərqli olaraq, hər bir
layihəyə başlamazdan öncə sorğular
keçiririk. İndiki proyektə də başlamazdan
əvvəl sorğular, treninqlər keçirmişik və
müəyyən etmişik ki, bu verilişin
baxıcıları, əsasən, yaşı 35-dən
yuxarı olan vətəndaşlardır. Təbii ki,
gənclər də var, ancaq söhbət çoxluqdan gedir.
Yəni pop-estirada janrını bəyənməyən,
dinləməyən, yaxud gənclərlə o qədər
də təmasda olmayanlar bu mahnılara böyük
önəm verirlər. Çünki belə mahnıları
dinlədikdə onların gənclikləri,
keçmişləri yadlarına düşür. Siz təsəvvür
edin, müsabiqənin gedişində ifaçı elan edir ki,
məsələn, mahnının musiqisi Cahangir Cahangirovun,
sözləri Məmməd Arazındır. Bilirsiniz, nə
boyda sevinc olacaq. Artıq layihənin birinci efir günü
ötüb və həmin gündən sonra çoxlu sayda
minnətdarlıqlar, zənglər,
təşəkkürlər almışıq. Və mən
güman edirəm, bəlkə də “Xalq Ulduzu» “Yeni Ulduz”dan
çox seviləcək.
-Mən bir daha əvvəlki suala qayıdıb, Sizdən
açıq cavab verməyinizi xahiş edirəm:“Xalq Ulduzu”nun
məqsədi insanlara keçmişlərini
xatırlatmaqdır? Siz nostalgiya naminə bu layihəni keçirirsiniz?
-Yox. Biz insanlara nostalgiya hissi yaşatmırıq. Bu hissi
yaşatmaq üçün ayrıca kanallar belə var. Kimin
nostaljiyə dalmaq fikri varsa, «Xalq ulduzu»na yox, bu kanallara baxa
bilər. Sizə deyim ki, orada keçmiş dövrün
maraqlı fraqmentlərini verirlər: qurultay materiallarından
tutmuş, beşillik planların yerinə yetirilməsinə
qədər. Sadəcə olaraq, bizim fikrimiz ondan ibarətdir
ki, sizin dediyiniz nostaljidə dinlənən ifalar gənclər
tərəfindən də səslənsin. Biz istəyirik,
cəmiyyətdə xalq ifaçılarından ibarət bir
ordu yaransın. Biz bu janrın ifaçılarının
çoxalmasında maraqlıyıq, başqa nostalji yaşatmaq
missiyamız yoxdur.
- Nostalgiyadan qəzəblə danışdınız.
Əslində, burada pis bir şey yoxdur axı...
- Bəli. Burda yaxşı şeydən başqa bir şey
yoxdur. Ən başlıcası budur ki, nostalji hissləri
yarananda bu insanların bütün həyatı və ən
xoş günləri yada düşür. Bu hiss
aydındır, amma bütün layihəni nostalji
üzərində qursaq, biz mənasızlıqla üzləşə
bilərik. Yenə də təkrar etməyə məcburam. Biz
elə etməliyik ki, demirəm gələcək
nəsillər pop musiqisinə yox desin, heç olmasa, bizim xalq
musiqisini də dinləsinlər. Bu qədər gözəl
materiallarımızın belə sakitcə
itib-getməsiylə barışmaq olmaz. İndi
çoxları özlərini sənətkar adlandırır,
ancaq sözün əsl mənasında böyük
sənətkar olan Zeynəb xanım, demək olar ki,
səhnədə yoxdur. Mən demirəm, indi biz
zeynəblər yaratmalıyıq, heç olmasa, onun
davamçılarını tapıb ortaya çıxarıb,
xalqa sevdirək.
- Bütün müsabiqələrdə münsiflər
heyətiylə bağlı problemlər səslənir.
Lalyihə rəhbəri kimi, sirr deyilsə,
açıqlayın: münsiflər heyəti hansı prinsiplə
formalaşdırılır? Burda kimin
rəyi əsas olur, sponsorun?
- Burda heç kimin rəyi əsas deyil. Sponsorun da dediyiniz
məsələyə qarışmaq hüququ yoxdur. Bizdə
təşkilat komitəsi var, o, dünyanın əksər
ölkələrində populyar olan müsabiqələrin
şərtlərini, meyarlarını öyrənərək
keçirdiyimiz müsabiqələrdə tətbiq edir.
- Meyarlar nədən ibarətdir?
- Mütləq münsiflər heyətində bir nəfər
müğənni, bir bəstəkar, bir rejissor, bir də
prodüsser olmalıdır. “Xalq ulduzu” bircə
prodüsserlə bağlı problem yaşadı.
Çünki «Xalq ulduzu» ifaçılarının heç
birinin prodüsseri yox idi. Mənə elə gəlir ki, (ola
bilər, mən çox böyük səhv edirəm)
münsiflər öz yerlərindədir. Onlar olduqca demokratik
seçim edirlər.
- Ancaq şayiələr gəzir ki, «Xalq ulduzu»
finalçıları konkret məbləğdə rüşvət
ödədikləri üçün ora
düşüblər...
- Birincisi, bizə rüşvət təklif etsəydilər,
mən çox sevinərdim. İkincisi, qəzetiniz
vasitəsilə xahiş edirəm, o sözü deyən
adamlar özlərini təqdim etsinlər, biz
tərəfdən də bir adam dəvət edilsin, onları
oxudaq. Əgər onların ifası hazırkı
müsabiqə iştirakçılarından üstün
olacaqsa, deməli, onlara qarşı haqsızlıq edilib
və bütün deyilənlər də doğrudur. Bilirsiniz,
mənim bir dostum vardı, o dövrdə biz instituta imtahan
verdik. O kəsildi. Kəsilməsinin səbəbini
soruşanda elə beləcə cavab verdi: «Allaha and olsun,
beş dənə sual verdilər, altısına cavab
verməyimə baxmayaraq, məni kəsdilər». İndi
rüşvət deyən də olacaq, hələ eləsi
olacaq ki, final mükafatının qaliblərə
çatmadığını deyəcək. Əsas odur ki,
biz bilirik, belə bir şey yoxdur və olmayacaq. Siz
iştirakçıların özləri ilə daha
yaxından
- Sizin rüşvət aldığınızı iddia
etmirik, sadəcə olaraq, belə fikirlər
cəmiyyətdə dolaşdığından Sizə bu
sualı verməyə məcburuq…
-Mən başa düşürəm. Və əslində,
oxuculara müraciət edirəm. Kim özünü bu
müsaqibədə görmək istəyəcəksə,
hazırlaşıb «Xalq ulduzu 2»-yə gəlsin. Heç bir
problem yoxdur.
- Müsabiqə iştirakçılarının
səviyyəsini bəyənirsiniz?
- Məsələn, müsabiqədə Şəhla adında
bir qadın var. Hər dəfə anonsda o oxuyanda inanın o
dünyaya gedib gəlirəm. Mənə ləzzət edir.
- Müsabiqələri kim yarımçıq tərk edir, ona
karyeralarında yardım ediləcəyi barədə
vədlər verilir. Bu, sıradan olan psixoloji təsəllidir,
yoxsa doğrudan da, hansısa kömək edilirmi?
- Edilir. Məsələn, “Yeni Ulduz”da 5-6 nəfər yer
tutmayan ifaçını “SOY” öz himayəsinə
götürüb. İmkanlarımız
çərçivəsində bu insanlara klip çəkdiririk,
“raskrutka”larını edirik. Sonra “Yeni Ulduz”dan bir nəfəri
Faiq Ağayev bek-vakalına götürüb. Neçə
dənə tədbirlər olur ki, biz o insanları
dəvət edirik. Ancaq sözün açığı,
elə ifaçılar var, dəfələrlə
demişəm ki, gəl oxu də, niyə kənarda
qalıbsan? Gah deyirlər, işim var, bir az fikirləşim,
gah da bir başqa bəhanə. Bir neçəsinə
aparıcılıq təklif edilib, müsbət cavab
alınmayıb. Yəni biz imkanlarımız daxilində
bütün uşaqlara köməklik edirik.
Bizim yol.-2007.-14
aprel.-S.15.