Rüstəm Z.
Azərbaycan bəstəkarlarının yeni toplusu
Qara Qarayev, Cövdət
Hacıyev, Niyazi, Soltan Hacıbəyovun eşidilməmiş
əsərləri diskə daxil edilib
Azərbaycan
bəstəkarlarının hələ
səsləndirilməmiş 20-dən çox fortepiano
əsərinin yazıldığı disk bu
günlərdə işıq üzü görüb. Qeyd edək ki, Musiqi Mədəniyyəti
Muzeyi əməkdaşlarının
Qara Qarayev, Cövdət Hacıyev, Niyazi, Soltan Hacıbəyov, Polad Bülbüloğlu və
Fərhad Bədəlbəylinin
arxivlərdəki əsərlərinin
notlarının əlyazmaları
da indiyədək dərc edilməmişdi.
Muzey əməkdaşının
məlumatına görə,
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə həmin əlyazmalar iki variantlı məcmuədə çapdan
çıxıb. Məlumatda
eyni zamanda deyilir ki, musiqi
əsərləri diskə
pianoçu Ülviyyə
Hacıbəyovanın ifasında
yazılıb.
Muzey əməkdaşları
bu diskin Azərbaycanda və onun hüdudlarından kənarda musiqisevərlərin
həmvətənlərimizin zəngin yaradıcılığı
barədə təsəvvürlərini
daha da genişləndirəcəklərini
qeyd etdilər.
Xəbərdə deyilir ki, topluya Qara Qarayevin
hələ 1940-ci ildə
bəstələdiyi birhissəli
sonatinası, Azərbaycan
Dram Teatrının səhnəsində oynanılan
"Antoni və Kleopatra" əsərinə
yazdığı musiqi,
Dmitri Şostakoviçin
istedadlı tələbəsi
Cövdət Hacıyevin
tələbəlik illərində
yazdığı 4 perlüdü, Soltan Hacıbəyovun əsərləri
daxildir. Eyni zamanda maestro Niyazinin 17-18 yaşlarında
bəstələdiyi "Etüd",
"Skertso", "Prelüd",
"Rəqs" və
digər fortepiano əsərləri də diskə daxil edilib.
Həmin topluda Polad Bülbüloğlunun
"Skertso", Fərhad
Bədəlbəylinin birinci
kurs tələbəsi
olarkən maestro Niyaziyə həsr etdiyi "Prelüd"ü də əksini tapıb.
Ayna.- 2007.- 21 aprel.- S. 21.