Samirə
Müsabiqə
Kövkəb Səfərəliyevaya həsr edildi
Ötən
şənbə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
gənc pianoçuların I respublika müsabiqəsi öz
işinə başladı. Müsabiqə milli pianoçulııq
sonətiınizin banilərindən biri Kövkəb
Səfərəliyevanın 100 illik yubileyinə həsr edilib.
Açılış
mərasimində çtxış edən təşkilal komitəsinin
sədri, Bakı Musiqi Akademivasının (BMA) prorektoru
Yeganə Axundova bildirdi ki, müsabiqə aprelin 30-dok davam
edəcək. Qaliblər laureat adına layiq görüləcəklər,
onların müəllimləri isə müvafiq
məbləğlərlə mükafatlandırılacaqlar. Bundan
savayı, müsabiqənin nəticələrindon
asılı olaraq iki fəxri diplom da təqdim ediləcək.
BMA-nın rektoru Fərhad
Bədəlbəylinin rəhbərlik etdivi münsiilər
heyətinə bəstəkar Zöhrab
Adıgözəlzadə. akademiyanın milli işlər
üzrə prorektoru Oqtay Abbasquliyev, əməkdar
ınüəllim Yuri Sabayev, Bülbül adına
ixtisaslaşmış orta ınusiqi məktəbinin
tnüəllimi Nilufər Tabasaranskaya daxildirlər. Açılışda
çıxış edənlər vurğuladılar ki, belə
bir müsabiqə ilk dəfədir keçirilir, buna
görə də ölkənin mədəni həyatı
üçün son dərəcə önəmlidir. Sonda
isə püşkatma keçirildi.
Həftə
içi.- 2007.- 24 aprel.- S.8.