Simli alətlər
üzrə respublika müsabiqəsinə start
verilib
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə nəfəsli və zərb alətləri üzrə
musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaqların
aşkara çıxarılması,
onların dəstəklənməsi
və yaradıcılıq
potensialının inkişaf
etdirilməsi üçün
uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin
simli, nəfəsli və zərb alətləri üzrə
respublika müsabiqəsi
keçirilir. Nazirliyin
mətbuat xidmətindən
APA-ya bildirilib ki, müsabiqə 2 turdan ibarətdir. Simli alətlər üzrə 1-15 apreldə,
nəfəsli və zərb alətləri üzrə 2007-ci il 15-20 apreldə keçiriləcək.
Müsabiqələr 3 yaş
qrupunda keçiriləcək.
Müsabiqənin qalibləri
üçün pul mükafatları, diplom və fəxri fərmanlar təsis edilib
525-ci qəzet.- 2007.- 4 aprel.- S. 7.