Böyük
bəstəkarların naməlum əsərləri
Musiqi Mədəniyyəti Dövlət Muzeyi 40 illik yubleyində həmin əsərlərin
toplandığı diski
özünə hədiyyə
etdi
Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin yaradılması haqqında
qarardan 40 il ötür. Özünün
40 illik fəaliyyatində
böyük inkişaf
yolu qət edən muzey bu müddət ərzində zəngin kolleksiyalar toplayıb. Dünən isə muzeydə “Musiqi Mədəniyyəti Muzeyinin
tapıntıları” adlı
diskin təqdimat mərasimi olub.
Muzeyin direktoru, sənətşünaslıq
namizədi Alla Bayramova muzeyin fondunda 40 mindan artıq eksponatın saxlanıldığını bildirib.
O, qeyd edib ki, eksponatlar Azarbaycan musiqi mədəniyyəti tarixinə
aid dəyərli sənədlər, fotoşəkillər,
musiqi alətləri, təsviri sənət nümunələri, not əlyazmaları va s. önəm kəsb edən nümunələrdən ibarətdir.
“Muzeyin əməkdaşları
not əlyazmaları üzərində elmi iş apararkən bəstəkarlarımızdan Niyazi,
Cövdət Hacıyev,
Soltan Hacıbəyov,
Qara Qarayev, Polad Bülbüloğlu və istedadlı pianoçu Fərhad Bədəlbəylinin 1920-1960-cı
illərə aid naməlum pyeslərini aşkar ediblər. Musiqi ədəbiyyatında
bu piano əsərləri haqqında
məlumat çox məhdud olub”. Bu fortepiano əsərlərinin
XX əsrin ortalarında
Azarbaycan bəstəkarları
məktəbinin qısa
müddət ərzində
çox sürətli
təkamülündan xəbər
verdiyini deyən muzey rəhbəri əsərlərdən bir
çoxlarının məlum
olmayan səbəblərdən
geniş tamaşaçı
kütləsi qarşısında səslənmədiyini,
bəzilərinin isə
yarım əsr əvvəl səsləndirildiyini
söyləiyib. İlk
dəfə isə bu əsərlər muzeydə səsləndirilib.
Alla Bayramova əsərlərin ictimaiyyətdə
yayılması üçün
iki not kitabı
nəşr etdirdiklərini,
not kitablarının isə sırf musiqiçilərə aid
olduğunu xatırladıb.
Bu əsərlərin
daha geniş yayılması üçün
məhz diskin buraxılmasını vacib
hesab etdiklərindən
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə bu işi həyata
keçiriblər. Diskə
toplanmış iri
həcmli əsərləri
Bakı Musiqi Akademiyasının dosenti Ülviyyə Hacibəyova
ifa edib.
Musiqi tarixinin yalnız dərsliklərdə
yer alanlardan ibarət olmadığını
söyləyən Mədəniyyət
və Turizm Nazirliyinin musiqi sektorunun müdiri Fərəh Əliyeva arxivdə qalan, səsləndirilməyən yazıları
da musiqiçilərə,
musiqisevərlərə çatdırmağın
vacibliyindən danışıb.
Yeni Azərbaycan.-2007.-4 aprel.-S.8.