Zaur Rzayev Koreyada konsert verib

 

Sənətkar Seuldakı konsertdə xalq, bəstəkar və italyan mahnılarını səsləndirib

 

Xalq artisti Zaur Rzayev Cənubi Koreyadan qayıdıb. Müğənni Vahid Poeziya Evinin kollektivi  adıçəkilən ölkənin Seul şəhərində konsert verib. Bu barədə poeziya evinin direktoru Şahin Verdiyev məlumat verib. Azərbaycanla Koreyanın mədəni sakinlərinin inkişafı münasibətilə təşkil olunan konsertdə həm Azərbaycan, həm də Koreya musiqiçiləri çıxış edib. Z.Rzayevi tarda Şahin Verdiyev, qarmonda Faiq Əlibabayev müşayiət edib. Sənətkar konsertdə xalq, bəstəkar mahnıları ilə yanaşı italyan bəstələrini də səsləndirib. Konsert izləyicilərinin əksəriyyəti koreyalılar olsa da, tamaşaçıların bir qismi türkmənlər, türklər, pakistanlılar olub. Kollektivə Cənubi Koreyada təşkil olunan belə tədbirlərin hər birinə qatılmaq təklif olunub.

 

Azad Azərbaycan.- 2007.- 24 aprel.- S. 7.