Əbədi
muğam"a aid növbəti proqramda "İrs"
çıxış edib
"Şirvanşahlar Saray Kompleksi" Dövlət
Tarixi-Memarlıq Qoruq-Muzeyində YUNESKO-nun Azərbaycan
muğamına dəstək məqsədilə həyata
keçirdiyi "Əbədi muğam" layihəsi
çərçivəsində növbəti tədbir
gerçəkləşib. Budəfəki tədbirdə
"İrs" ansamblının üzvləri muzeyin
qarşısındakı meydanda milli geyimdə xalq
mahnıları səsləndiriblər, milli rəqslər ifa
olunub. Xanəndə Məhərrəm Həsənov
"Bayatı-Şiraz" dəsgahı oxuyub. Onu tarda
Möhlət Müslümov, kamançada isə
Fəxrəddin Dadaşov müşayiət edib. Muzeyin
direktoru Rəna Rzayeva çıxış edərək,
ölkəmizdə muğama yüksək qiymət verildiyini
və bu sənətin layiqli səviyyədə təbliğ
olunduğunu bildirib. O, "Şirvanşahlar Sarayında
muğam axşamı" layihəsi
çərçivəsində gələn ilin sonunadək
hər həftənin çərşənbə günü
belə konsertlərin keçiriləcəyini
vurğulayıb. Sözügedən layihə iki il
ərzində həyata keçiriləcək və
respublikanın bütün bölgələrini əhatə
edəcək. YUNESKO-nun "Əbədi muğam"
layihəsində əsas iki istiqamət nəzərdə
tutulub. Birincisi, muğamların arxivləşdirilməsi,
sənədləşdirilməsi, yəni yazıya alınaraq
elektron disklərə köçürülməsidir.
İkinci istiqamət isə muğamların təbliğini
nəzərdə tutur.
525-ci qəzet.- 2007.- 7 aprel.-S. 24.