Xalq artisti Əfrasiyab Bədəlbəylinin 100 illiyinə həsr olunmuş elmi konfrans

 

Aprelin 7-də Muzey Mərkəzində görkəmli bəstəkar, musiqişünas-alim, xalq artisti Əfrasiyab Bədəlbəylinin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilmişdir.
Tədbirdə mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov, AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, professor Rafael Hüseynov, Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev başqaları Əfrasiyab Bədəlbəylinin həyat yaradıcılığı barədə danışmışlar. Ə.Bədəlbəylinin yaradıcılığa dram əsərlərinə musiqi yazmaqla başladığını qeyd edən natiqlər onun Yaxın Orta Şərqdə ilk baletin - “Qız qalasının müəllifi olduğunu, dahi bəstəkarımız Üzeyir Hacıbəyovun bu əsərə yüksək qiymət verdiyini xatırlatmışlar.
Ə.Bədəlbəylinin 1927-ci ildəƏsli Kərəmoperasına dirijorluq etdiyi, unudulmuşNizamioperasının müəllifi olduğu bildirilmiş, onunMusiqi lüğətikitabının əhəmiyyəti bu əsərin latın qrafikası ilə nəşr edilməsinin vacibliyi vurğulanmışdır. Sənətkarın XIX əsrin ikinci yarısı – XX əsrin birinci yarısında formalaşmış Azərbaycan maarifçi ziyalılarının görkəmli nümayəndəsi olduğu qeyd edilmişdir.
Natiqlər Prezident İlham Əliyevin Əfrasiyab Bədəlbəylinin 100 illik yubileyi ilə əlaqədar bu il yanvarın 24- imzaladığı sərəncamı yüksək dəyərləndirmişlər.
KonfransdaƏ.Bədəlbəylinin yaradıcılığı XX əsr Azərbaycan musiqi mədəniyyəti kontekstində”, “Ə.Bədəlbəyli musiqi şərqşünaslığı”, “Ə.Bədəlbəyli Azərbaycan Bəstəkarlar İttifaqımövzularında məruzələr dinlənilmişdir.
Görkəmli sənətkarın qardaşı oğlu, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti, professor Fərhad Bədəlbəyli ölkəmizin başçısının əmisinin yubileyi ilə əlaqədar imzaladığı sərəncamı onun yaradıcılığına dövlət qayğısı kimi qiymətləndirmiş, tədbirin təşkilatçıları iştirakçılarına təşəkkürünü bildirmişdir.
KonfransdaQız qalasıbaletindənMarşAdajioifa edilmiş, Azərbaycan Dövlət Opera Balet Teatrının solisti, əməkdar artist Gülnaz İsmayılovaNizamioperasından balladanı oxumuşdur.

 

Xalq qəzeti.-2007.-8 aprel.-S.3.