Mehdixanlı T.
Sözü, sənəti,
sənətkarı qiymətləndirən
Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəstəkar,
dirijor, musiqişünas,
librettoçu, xalq artisti Əfrasiyab Bədəlbəylinin anadan
olmasının 100 illik
yubileyinin qeyd edilməsi barədə sərəncamını mətbuatda
oxuyanda ilk əvvəl dahi Üzeyir bəy Hacıbəyovun 70 il əvvəl dediklərini xatırladıq:
"Bu gün 30 yaşı tamam olan gənci - Əfrasiyabı yaxşı
tanıyıram. Bəlkə
də o, ana laylasından daha çox musiqi eşidib. Atası Bədəl bəy xalqımızın musiqi xəzinəsini evinə toplayıbE İnanıram
ki, vaxt keçdikcə Əfrasiyab
nəcabatına hörmət
qazandıracaq, yüksək
insani keyfiyyətləri,
yaradıcılığı ilə tanınacaq, şöhrət zirvəsinə
ucalacaq".
Əfrasiyab Bədəlbəyli
1907-ci ilin baharında
anadan olmuşdu.
Atası müəllim
işləyirdi. Anası
evdar qadın idi. O, söz
anlayandan evlərində
uşaq oyuncaqları yox, kitablar, jurnallar, qəzetlər görmüşdü. Hələ
5-6 yaşlarında olarkən
"Molla Nəsrəddin"
jurnalındakı karikaturalara
baxıb qımışar,
şəkilaltı sözləri
höccələyərək oxuyarmış. Muğama,
xalq mahnılarına,
tar-kaman səsinə valeh olarmış. Evlərindən
qonaq əskik olmazmış. Tarzənlər,
xanəndələr gələrdilər,
çalıb-oxuyardılar.
Əfrasiyab da onları maraqla dinləyərdi. Məktəbdə
oxuyanda müəllimləri
onun xətrini çox istəyərdilər.
Nizam-intizamı ilə digər şagirdlərdən seçilərdi.
Sabirin şeirlərini,
Nəvvabın qəzəllərini,
Ə.Haqverdiyevin hekayələrindən parçaları
əzbər söyləyərdi.
1924-cü ildə məktəbi
bitirib Ali Pedaqoji İnstitutun nəzdindəki məktəbə
qəbul olundu. Sonra Bakı Teatr Texnikumunda təhsil aldı. 20 yaşında onun C.Cabbarlının "Od gəlini" pyesinə yazdığı musiqini sənətsevərlər dinləyib
yüksək qiymət
verdilər. Tamaşa səhnədə oynanılanda
dəfələrlə alqışlar
eşidildi. Bu fərəh Əfrasiyabı
daha da ruhlandırdı.
O, Azərbaycan Dövlət
Universitetinin şərqşünaslıq
fakültəsini, Leninqrad
Konservatoriyasının nəzdindəki
musiqi məktəbini bitirdi. Xeyli müddət Moskva və Leninqrad opera və balet
teatrlarında dirijor assistenti kimi fəaliyyət göstərdi.
Tarixi faktdır ki, Əfrasiyab Bədəlbəyli Azərbaycanda
ilk baletin yaradıcısıdır. O, 33 yaşında ikən
"Qız qalası"
baleti ilə musiqi tariximizdə ilk Azərbaycan baletinin əsasını qoydu. Sonrakı illərdə "Nizami",
"Söyüdlər ağlamaz"
operalarını yazaraq
adını mədəniyyət
tariximizə qızıl
hərflərlə əks
etdirdi.
Ə.Bədəlbəyli
dövrün qəzet
və jurnallarında tez-tez məqalələr dərc etdirərdi. Yazıları həyəcan
təbili kimi səslənər, oxucularda
müsbət rəy oyadardı. Həmin yazılarından bəzi epizodları xatırladırıq:
"Vaxt da bulaq suyu kimi
elə hey axıb gedir. Bulaq suyu içənlərə
dad verir, təbiətdə canlanma yaradır. Bəs vaxt neyləyir? Adamların yaşının
üstünə yaş
gətirir. Aqillər deyib, səksən, doxsan, bir gün
yoxsan. Elə yaşamaq lazımdır ki, bu dünyada
olmayanda bizləri unutmasınlar. Doğrudur, unudulmazlar çoxdur,
amma yaddan çıxanlar da az deyil. İnsan
könül açdığı
sənətindən həzz
almırsa, heç zaman üzü gülməzE Cəfər
Cabbarlı 35 yaşında
dünyasını dəyişdi.
Əslində bu, göz qırpımı qədər müddətdir.
Lakin o, həmişəyaşarlıq qazanıb.
Görün ondan nə qədər yadigar qalıbE Müharibə fəlakətdir
- insanın insana qənimidir. O, öldürür,
qan tökür, şikəst, mayıf edir, amma təfəkkürü
poza bilmirE Biz müharibələrin acığına yaşamalı,
yaratmalıyıq. Sübut etməliyik
ki, quş qanadıyla uçar, insan ağlıyla arzularına çatarE Aləmi dərk edəndən azərbaycanlı
olmağımla fəxr
etmişəm, son nəfəsimdə də Ana, Vətən, Qardaş, Dost deyəcəmE"
Hər bir yazı tarixdir, taledir. Bu qeydləri oxuyanda fikirləşirsən: bəlkə
onu incidiblər? Yox, özü dediyi kimi, bəd
əməl sahibi olmayıb. Xatiri daim əziz, urvatlı tutulub. Əfrasiyab Bədəlbəylinin
bir-birindən maraqlı, sənəti təbliğ, tərənnüm
edən dörd publisistik kitabı çap olunmuşdu. "Nizami" operası
Şərq, Avropa, Amerika, Asiya ölkələrinin səhnələrində
uğurla oynanılmışdı.
C.Cabbarlının dörd
əsərinə - "Sevil",
"Almas", "1905-ci ildə",
"Yaşar", H.Cavidin
"Siyavuş", S.Vurğunun
"Fərhad və Şirin" tamaşalarına
musiqi bəstələmişdi.
Ömrünün son gününə qədər çalışdığı
Opera və Balet Teatrında "Leyli və Məcnun",
"Əsli və Kərəm", "Şah
İsmayıl", "Şeyx
Sənan" operalarına
dirijorluq etmişdi. Dirijorluq etdiyi "Sevil" operası Moskvada elə uğurla oynanılmışdı ki,
kollektiv dövlət mükafatına layiq görülmüşdü.
Xalq artisti, görkəmli bəstəkar
Vasif Adıgözəlov
onun haqqındakı xatirələrində danışardı
ki, "Əfrasiyab həddən artıq sadə, təvazökar insan idi. Azərbaycan Dövlət Filarmoniyasının direktoru,
bədii rəhbəri,
dövlət radiosunda
bədii rəhbər
vəzifələrində işləmişdi.
Ancaq opera teatrına ürəkdən
bağlıydı. "Koroğlu"
operasına dirijorluq edirdi. Tamaşanın sonunda Koroğlu rolunun ifaçısı unudulmaz Bülbül elə qrimdə, qiyafədə Əfrasiyaba
təşəkkürünü bildirərdi. Xalq artisti, tarzən Bəhram Mansurovla dostluq edərdi. Teatra yeni gələn
hər aktyora qayğı göstərərdi.
Zeynəb Xanlarovanın,
Arif Babayevin, Baba Mahmudoğlunun, Canəli Əkbərovun və bir çox
başqalarının sənətdə
uğur qazanmalarında
onun böyük əməyi olmuşdur.
Ə.Bədəlbəyli
iyirmi ildən artıq "Ədəbiyyat
və incəsənət"
qəzetinin redaksiya heyətinin üzvü idi. Xeyli müddət
Azərbaycan Dövlət
Konservatoriyasında opera
və orkestr siniflərində dərs demişdi. Azərbaycan Xor Cəmiyyətinə rəhbərlik etmişdi.
Gərgin əməyi də
vaxtaşırı qiymətləndirilmişdi.
Əməkdar incəsənət
xadimi, xalq artisti fəxri adlarına layiq görülmüşdü. "Qırmızı Əmək
Bayrağı" və
"Şərəf nişanı"
ordenləri, müxtəlif
medallar almışdı.
Lakin ən ali mükafatı xalq sevgisi, tamaşaçı
istəyi olmuşdu. İyirmidən artıq səhnə əsərinə musiqi bəstələmişdi. Yaradıcılığa
başladığı gündən
dahi Üzeyir Hacıbəyovu özünə
ustad bilmişdi. Əsərləri ilə Azərbaycanı tərənnüm
etmişdi. Qayğısını
heç kimdən əsirgəməmişdi. Ona
hörmət bəsləyirdilər,
xatirini əziz tuturdular. O da sevincini dostları ilə bölüşərdi.
Cəmi 69 il ömür sürmüş
Ə.Bədəlbəyli
çoxsaylı musiqi
əsərləri ilə
əbədiyaşarlıq qazanmışdı.
Azərbaycan.- 2007.- 19 aprel.-S. 8.