İbrahimova S.

 

Brilliant DadaşovanınYağış”ı

 

Müğənni yağışdan pislikləri yumağı sevgisini qaytarmağı xahiş edir

 

Brilliant Dadaşova repertuarındakı mahnılardan birinə - "Yağış" mahnısına klip çəkdirir. Deyəsən, sənətçi bu dəfə xanımlarla işləməyə üstünlük verib. Belə ki, Brilliant Dadaşova sözləri musiqisi Xanım İsmayılqızına aid mahnının klipçəkilişlərini reyissor Samir Fərzəlibəyova həvalə etsə , reyissor Ülviyyə Könülə prodüserlik missiyasını verib.

Məlumat üçün bildirək ki, klip çəkilişləri "Moskva" kinoteatrının pavilyonunda aparılıb. Öyrəndik ki, Brilliant xanımı bu mahnıya klip çəkdirməyə rəssam İsmayıl Məmmədov ruhlandırıb. Belə ki, klipi rəssamın əsərlərindən ibarət animasiya filmi kimi çəkmək qərarı verilib. Mahnının sözlərinə uyğun süyet xətti axtarışında olan yaradıcı qrup "Yağış" mahnısının bu dinamik ideyanın mahiyyətinə tam uyğun olduğu qənaətinə gəlib.

Klip çəkilişlərinə gəldikdə, onu qeyd etmək lazımdır ki, Brilliant xanım bu dəfə məhəbbətdən oxuyur. O, yağış altında dayanaraq pislikləri yumağı ona öz sevgisini qaytarmağı xahiş edir. Sevən bütün insanlar kimi o da yalnız qəlbi ilə duyur, eşidir, hərəkət edir. Bir sözlə, lirik mahnıları özünəməxsus tərzdə ifa edən sənətçi növbəti klipini lirikaya çəkdirir.

Xatırladaq ki, onun bundan əvvəl klip çəkdirdiyi "Əgər məni unutsan" adlı mahnısı da lirik mahnı idi. Çox böyük populyarlıq qazanan mahnı uzun müddət musiqi onluqlarında birinci oldu.

Onu da qeyd edək ki, "Yağış" üçün geyimləri Brilliant xanımın klipdəki obrazını vizayist Ruxa tapıb

 

Kaspi.-2007.-27 aprel.-S.17.