Lalə
Sevda Ələkbərzadə avropalı oldu
Bu yaxınlarda
“Şəbi Hicran” layihəsini təqdim edən
müğənni Sevda Ələkbərzadə
qarşısına sənətində daha böyük
uğurlar əldə etməyi məqsəd qoyub. Belə ki,
Sevda artıq ilk addım olaraq Almaniyanın “Network Medien” musiqi
şirkəti ilə müqavilə imzalayıb. Bunu
sənətçi özü dünən Nyatt Regence
otelində media nümayəndələri ilə
görüşündə açıqlayıb.
Sevda
Ələkbərzadə bildirib ki, müavilə ötən
gün şirkətin müdiri Kristian Şolts ilə
imzalanaıb. Xatırladaq ki, 1980-ci ildən fəaliyyətdə
olan “Network Medien” şirkəti dünyanın bir çox
tanınmış sənətçilərinin
albomlarını buraxır. Şirkət tərəfindən
musiqi bazarına çıxarılan albomlar dünyanın
35-dən artıq ölkəsində satılır.
Üç il ərzində şirkətlə
əməkdaşlıq edəcəyini söyləyən S.Ələkbərzadə
bu müddətdə dünya şöhrəti qazanmış
müğənnilərin sırasına qatılacağına
əmindir. Fəaliyyətinin nəticəsi olaraq,
həmçinin, şirkət tərəfindən onun
üç diski buraxılacaq. “Şəbi Hicran” layihəsi
əsasında “Açılmış çiçək”
adlı SD-nin bu ilin sentyabr ayında işıq üzü
görəcəyini söyləyən müğənni
diskdə bəzi dəyişikliklərin də
ediləcəyini açıqlayıb. Sevda
Ələkbərzadə, həmçinin, onu da əlavə
edib ki, şirkət onun solo konsertlərini təşkil
etməklə yanaşı, yeni çəkiləcək
kliplərinin də dünya kanallarında
yayımlanmasını öz öhdəsinə
götürüb.
Avropada fəaliyyət
göstərməsinə baxmayaraq, Azərbaycanda
keçiriləcək bütün tədbirlərə
qatılacağını söyləyən Sevda
mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevlə görüşündən də
danışıb. “Nazir burada keçiriləcək
tədbirlərə qatılıb-qatılmayacağımla
maraqlandı. Mən isə söylədim ki, dəvət
olunduğum bütün konsert proqramlarında iştirak
edəcəm”.
“Network Medien”
şirkətinin direktoru Kristian Şolts
S.Ələkbərzadə ilə
tanışlığından danışıb. Sevdanın
səsini disk vasitəsilə eşidən Kristian Şolts
şirkətin işçilərinə bu xanımla
əlaqə qurmağı, onun haqqında məlumat
toplamağı tapşırıb. Gözəl səsə
malik müğənninin şirkətində
çalışacığından məmnunluq duyan Kristian
Şolts Sevdanın səsləndirdiyi mahnılara əlavələr
edilməsinin istisna olunmadığını deyib. K.Şolts
S.Ələkbərzadənin imicində də
dəyişikliklərin olacağını söyləyib.
“Çünki Sevdanın ifasında olan bəstələrin
beynəlxalq səhnələrdə gözəl
səslənməsi, özünün qeyri-adi
görünməsi üçün bunlar vacib şərtlərdəndir”
- deyib. “Şəbi Hicran”a pop, caz musiqiləri daxil
edəcəyini deyən qonaq yalnız muğam hissəsini
olduğu kimi saxlayacaqlarını söyləyib. O,
muğamı çox sevdiyindən, muğam janrının
artıq dünyada tanınıb bəyənildiyindən
danışıb.
Gündəlik
Azərbaycan.-2007.-4 aprel.-S.14.