Aşıq Ədalətin yaradıcılıq gecəsi keçirilib

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun yaradıcılıq gecəsi keçirilib. Tədbir Qazax Rayon İcra Hakimiyyəti (RİH) Regionların İnkişafı İctimai Birliyinin (RİİB) təşkilatçılğı ilə gerçəkləşib. Gecədə Qazax RİH-in başçısı Rauf Hüseynov, RİİB-in İdarə Heyətinin sədri Seymur Quliyev, millət vəkili, professor Nizami Cəfərov, akademik Teymur Bünyadov başqaları Aşıq Ədalətin yaradıcılığından söz açıblar. Mərasimdə Qazax aşıqlarının iştirakı ilə konsertdə təşkil olunub. Tədbirdə Qazax RİH RİİB-nin təşəbbüsü ilə hazırlananQazaxdadırkitabının təqdimat mərasimi keçirilib. 616 səhifədən ibarət olan kitabda Qazax şairləri, yazıçıları aşıqları haqqında məlumat verilir. KitabÇaşıoğlumətbəəsində işıq üzü görüb.

 

Ekspress.-2007.-12 aprel.-S.13.