Heydər Əliyev Fondu ilə İSESKO arasında əməkdaşlıq haqqında Protokol imzalanmışdır

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva aprelin 27-də İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşmüşdür.

Mehriban xanım 51 müsəlman dövlətinin təmsil olunduğu nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan İslam Ölkələri Elm, Təhsil Mədəniyyət Təşkilatının - İSESKO-nun rəhbərini salamlayaraq, onun yenidən Azərbaycana gəlməsindən məmnunluğunu söylədi. Dövlətimizin yüksək mükafatı - "Şöhrət" ordeni ilə təltif edilməsi münasibətilə baş direktoru təbrik edən Mehriban Əliyeva özünün xoşməramlı səfiri olduğu İSESKO-nun dünyada nüfuzunun getdikcə artmasından, islam ölkələrində gördüyü genişmiqyaslı işlərdən qürur duyduğunu bildirdi.

Səmimi qəbula xoş sözlərə görə təşəkkür edən İSESKO-nun baş direktoru Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün böyük təsir bağışladığını, rəhbərlik etdiyi təşkilatın ölkəmizlə əməkdaşlığa xüsusi önəm verdiyini, Heydər Əliyev Fondu ilə əlaqələrin genişlənməsindən məmnunluğunu vurğuladı. Fondun elm, təhsil, mədəniyyət digər sahələrdə həyata keçirdiyi layihələri yüksək qiymətləndirən Əbdüləziz bin Osman əl-Tüveycri İSESKO-nun ilk qadın xoşməramlı səfiri kimi Mehriban xanımın bu şərəfli missiyanın yerinə yetirilməsində şəxsi nümunə göstərdiyini bildirdi. Sonra Mehriban Əliyeva Əbdüləziz bin Osman əl-Tüveycri Heydər Əliyev Fondu ilə İSESKO arasında əməkdaşlıq haqqında Protokol imzaladılar. 5 il müddətinə əməkdaşlığın əsas prinsiplərini tənzimləyən Protokol elm, mədəniyyət, təhsil sahəsində əlaqələrin inkişafını, birgə layihələrin işlənib həyata keçirilməsini, fəaliyyətin əlaqələndirilməsini nəzərdə tutur. İSESKO-nun baş direktoru onu müşayiət edən nümayəndələr Azərbaycanın birinci xanımı ilə xatirə şəkli çəkdirdilər.

 

Azərbaycan.- 2007.- 28 aprel.- S. 4.