Qaliboğlu E.

Gülbalanın qoçaqlığı

 

Uşaq tamaşasında erməni azğınlığı ifşa olunur

 

Srağagün Bakı Uşaq Teatrında "Gülbalanın qoçaqlığı" adlı tamaşa oldu. Dənizkənarı Parkda yerləşən teatr adətən səsgücləndirici vasitəsilə növbəti tamaşasını elan edir. Geniş tamaşa zalı olan teatrın problemləri az deyil. Teatrın direktoru bədii rəhbəri İntiqam Soltan daim çalışdıqlarını, qətiyyən ruhdan düşmədiklərini deyir.

Tamaşanın ssenari müəllifləri Cahangir Heman Firidun Məhərrəmov, quruluşçu rejissoru İ.Soltandır. Rolları Mehman Piriyev (Gülbala), Əliağa Əliyev (Qoşqar baba), Sovqat Səmədova (Gülcahan nənə), Ruslan Mürsəlov (Azər), Nüşabə Xəlilova (erməni qızı), Cavanşir Məhərrəmov (erməni Şərxan) ifa edirlər.

Tamaşada ermənilərin həmişə pis, həyasız qonşu olması ideyasının uşaqların yaddaşında qalması üçün müxtəlif priyomlardan istifadə edilir. Təəssüf ki, tarix boyunca balalarımıza erməni murdarlığından danışmamışıq, çox hallarda "Erməni kimdir ki?" demişik. Amma erməni həmişə balasına layla əvəzinə qulağına: "Türk sənin dümənindir", "Yat, yoxsa türk gəlib səni aparar" deyə onu qorxuzub. Hələ ki, balalarımıza ermənini indi-indi tanıdırıq. Kaş uşaqlara belə tamaşaları əvvəllər göstərə biləydik.

Tamaşanın əvvəlində Gülbala səhnəyə çıxdı, uşaqları mehribanlıqla salamladı. O, balaca tamaşaçıların da canlı iştirakçı olması üçün əlindən gələni etdi. Görünür, onun bu jesti bəhrəsini verdi. Artıq tamaşada hadisələrin gərginləşməyə doğru getdiyi bir vaxtda digər rol ifaçılarının səyilə uşaqların bəziləri fəallıq göstərdilər. Gülbala uşaqlara "öz gözəl bağlarından" danışmağa başladı. Bu, "bağ" əslində Qarabağdır.

O, kənd uşağıdır, çox sevdiyi bağlarında oturub dincəlir. Lakin Gülbala onlara dinclik verməyən Şərxan adlı qonşularının kim olduğunu da gözəl bilir. Budur, o danışan yerdə namərd qonşu daş atır: Gülbala daşı uşaqlara göstərir, deyir ki, bunu mütləq onun özünə qaytaracaq, başına çırpacaq. Onun uşaqlara sualları düşündürücü olub, Vətən, Yurd, torpaqla bağlı duyğularının inkişafına kömək edir: "Adam da öz torpağını qonşuya verər?"

Gülbalanın dostu Azər Bakıda aktyorluq ixtisası üzrə təhsil alır, kəndə gəlib. Onlar tamaşa göstərəcəklər, lakin Gülbala Keçəl Həmzə rolunu oynamaq istəmir. Çünki Keçəl Həmzə əslində erməni üçün tipik xüsusiyyətdir. Bu yandan da erməni Şərxan pusqudadır, sakitlik yaranan kimi Gülbalanın nənəsinin bişirdiyi şirniyyata yuxu dərmanı qatır.

Onun qızının sifəti balaca tamaşaçılara erməni sifətinin necə murdar olduğu təəssüratını yaxşı çatdırır. Daim əyilə-əyilə yeriyən erməni fürsətcildir. Erməni qızı da daim pusqudadır. Şərxan əlində kitab gəlir: "Mən babamın kitabını oxuyuram" - deyir. Kitabda yazılıb: "Türklər tək olanda zəif, bir yerdə olanda isə güclü olurlar. Onlara qalib gəlmək istəyirsənsə, hiylə işlət". Erməni hirslə kitabı yerə atır: "Tfu, gorbagor, mən bilirəm hiylə işlətmək lazımdır, amma hiyləni necə işlədim?"

Erməni qızı səhnəyə bişmiş donuz gətirir, Gülbala gəlir, yerdən uşaqlar qışqırırlar ki, yemə. Gülbala uşaqların "xəbərdarlığından" ayılır, məmnunluqla həyasız qonşunu öz silahı ilə cəzalandıracağını deyir. O, Şərxanı "ruh" adlandırır, vurmağa başlayır. Uşaqlar səhnəyə qalxır, erməninin dərmanladığı qoğalları onun özünə verirlər. Şərxan acgözlüklə şirniyyatı yeyir. Gülbala ona tapşırır ki, babasıgilin gözündən uzaq yerdə gizlənsin. Babasıgil gəlirlər, artıq erməninin başı gicəllənir, o, özünün qazdığı quyuya düşüb, tamam huşsuzdur. Gülbala nənəsinin şirniyyat dolu boxçasını gizlədib ki, yeyən olmasın. Bu məqamda iştirakçıların ermənini lənətləyən ifadələri səslənir.

İndi dostlar kuklalarla erməninin sifətini açan səhnəcik göstərirlər. Səhnəcikdə Şərxan Gülbalaya: "Bizim bağımızdan get"- deyir. Gülbala erməni ilə qılınc davasına çıxır, onu öldürür. Canlı aktyor oyunundan sonra kuklalardan da istifadə olunması tamaşanın uşaqlar tərəfindən yaxşı qavranılmasına şərait yaradır...

 

Xalq cəbhəsi.- 2007.- 25 aprel.- S. 15.