Mehdixanlı T.
Yavər Cəbrayılov 59 il əvvəl Salyanda dünyaya göz açıb. Orta məktəbi bitirəndən
sonra Azərbaycan Dövlət İncəsənət
İnstitutunun aktyorluq
fakültəsinə qəbul
olub. Mehdi Məmmədov, Tofiq Kazımov, Lütvi Məmmədbəyov kimi sənət, səhnə korifeylərindən dərs
alıb. İllər keçib, tələbəlik
dövrü başa çatıb. Xüsusi təyinatla onu Mingəçevir Dövlət
Dram Teatrına göndəriblər. Əsgərliyə
gedənəcən orada
aktyor kimi fəaliyyət göstərib.
Müxtəlif qiyafələrdə,
rollarda səhnəyə
çıxıb, dəfələrlə
tamaşaçı alqışı
qazanıb.
Ordudan tərxis olunandan sonra Y.Cəbrayılovu Salyandakı
Əlövsət Quliyev
adına Mədəniyyət
evinin direktoru vəzifəsinə təyin
etdilər. İndiki kimi o vaxtlar
da rayonda əksər tədbirlər
həmin ünvanda keçirilirdi. Gənc direktor günün
tələbinə, mövzunun
həllinə uyğun
xarakterik səhnə tərtibatı verdirir, fikirlərin açılmasına,
anlanılmasına xidmət
edəcək fonun quraşdırılmasına ciddi
diqqət göstərirdi.
7 il ona etimad göstərilmiş
işin öhdəsindən
bacarıqla, şərəflə
gəldi. Adı bir mənada hallanardı: "Yaxşı,
bacarıqlı işçidir.
Tapşırığa can-başla
əməl edir".
O vaxtdan 20 il keçməsinə baxmayaraq,
bu gün də Yavər qürur hissi duyur ki, etimadı
doğrulda bilib.
Sonrakı illərdə
Y.Cəbrayılov Salyan
Şəhər Sovetinin
sədri, RİH başçısının
şəhər üzrə
nümayəndəsi və
nəhayət, rayon mədəniyyət şöbəsinin
müdiri vəzifələrində
işlədi. Amma bütün bu illərdə o, nə sənət sevgisini, nə də insani keyfiyyətlərini dəyişdi.
Ulu Tanrının qismətindən razı qaldığı kimi, həm də könül açdığı
mədəniyyətin, teatrın
daha da inkişafına
var gücü ilə çalışdı,
yaradıcı kollektivlərdən
qayğısını, köməyini
əsirgəmdi. Məhz onun
istedadının, sabahı
düşünmək qabiliyyətinin
sayəsində Salyanda
ilk dəfə "Cəngi", "Cizgi"
xalq, "Poeziya" qiraət teatrları, özfəaliyyət kollektivləri
yaradıldı. Bilavasitə
Yavərin təşkilatçılığı
və əlaqələri
sayəsində həmin
kollektivlər Yuqoslaviya,
İspaniya, Avstriya, Polşa, Türkiyədə
keçirilən folklor
festivallarında, Moskva
Olimpiadasında, Özbəkistan,
Türkmənistan, Rusiyada
keçirilən tədbirlərdə
Azərbaycanı uğurla
təmsil etdilər.
Y.Cəbrayılov həmçinin
rayonun ictimai-siyasi həyatından kənarda
qalmayıb. O, bir neçə dəfə Salyan XDS-nin deputatı seçilib. Yeni Azərbaycan Partiyası rayon təşkilatının yaradılmasında
da xidmətləri az olmayıb.
Ötən ilin yanvar ayından Y.Cəbrayılov rayondakı
Dövlət Kukla Teatrının direktoru vəzifəsinə təyin
edilib. Qısa müddət ərzində
teatr öz çeşidli, baxımlı
tamaşaları ilə
ətraf rayonlarda da tanınmağa başlayıb. O sübut
edib ki, sənəti sevən kuklalarla da dil
tapar, danışa bilər. Y.Cəbrayılov
özü bu teatr barədə belə deyir:
- Kukla teatrı özfəaliyyət dərnəyi
kimi 1973-cü ildə
rayon mədəniyyət evininin
nəzdində yaradılıb.
Onun formalaşmasına, inkişafına
həmyerlimiz, vaxtı
ilə Bakı Dövlət Kukla Teatrında işləmiş
Cahangir Qaraşov gərgin əmək sərf edib. Təyin olunduğum gündən onu yenidən kollektivə dəvət etdim. Sağ olsun, sözümü yerə salmadı. Teatrın günün tələbinə
uyğun qurulması üçün gecə-gündüz
çalışdıq. Bakı Dövlət Kukla Teatrının yaradıcı
kollektivinə ömrüm
boyu minnətdar olacam. Bizə ödənişsiz müxtəlif
kuklalar, kostyumlar, səhnə avadanlıqları
verdi. Yeri
gəlmişkən deyim
ki, hələ bir neçə il əvvəl
Baş nazirin müavini, yazıçı
Elçinin qayğısı
ilə teatr dövlət statusunu alıb. Mədəniyyət və Turizm
Nazirliyi isə teatrı oturacaqlarla, işıq və səsgücləndirici avadanlıqlarla
təchiz edib.
İndi Salyan Kukla Teatrı
azyaşlıların sevimli
ünvanıdır. Səhnədə bir-birindən maraqlı, baxımlı tamaşalar alqışlarla qarşılanır.
Aktyorlardan Mədinə
Ramazanova, Qalib Məlikov, Elmir Muradov, Ceyran Musayeva, Maytab Gözəlova, Aygün Muradova müxtəlif səhnə əsərlərinin
hazırlanmasında xidmətlərini
əsirgəmirlər. Teatrın
baş rejissoru Rafiq Mirzənin verdiyi quruluşlar, baş rəssam Ceyhun Rüstəmbəylinin
zövqlə işlədiyi
tərtibatlar, musiqi hissə rəhbəri Təzahür Mehdiyevin seçdiyi xarakterik melodiyalar səhnə əsərlərinə marağı
daha da artırır.
Əvəllər teatr kuklaları,
kostyumları, dekorativ
elementləri kənardan
gətirirdisə, indi
əksər geyim, qrim avadanlıqları elə teatrın nəzdində yaradılmış
sexlərdə hazırlanır.
Yaradıcı kollektiv təkcə
Salyanda deyil, həm də qonşu Neftçala, Sabirabad, Əli Bayramlı, Biləsuvar, Hacıqabul rayonlarında da alqışlarla qarşılanır.
Bu günlərdə vaxtilə
Salyanda mədəniyyətin,
teatrın inkişafına
can yandırmış, taleyindən
gah küsən, gah da barışan,
ancaq bütün ərəfələrdə göstərilən
etimadı doğruldan
Yavər Cəbrayılovla
görüşdük. Sənətə sevgisi olduğu kimi qalıb.
- Harda işləmişəmsə
inanın, özüm
barədə yox, mənə göstərilən
etimadı doğrultmaq
haqqında düşünmüşəm.
Əmək fəaliyyətimin bütün dövrlərində
ulu öndər Heydər Əliyevin "Mədəniyyət işçiləri
mənim ən yaxın dostlarımdır"
kəlamı dilimin əzbəri olub. Fəxr edirəm ki, bu gün mədəniyyətimizin
inkişafına qayğı,
diqqət yenə də etibarlı əllərdədir. Ümummilli liderin
kursunun layiqli davamçısı cənab
İlham Əliyevdən
daim qayğı görürük. Onun bu günlərdə mədəniyyətin
inkişafına dair imzaladığı sərəncamlar
çoxları kimi məni də ürəkdən sevindirir.
Biz də gərək
bu qayğıya əməli işimizdə
cavab verək, - deyə Y.Cəbrayılov bildirdi.
Azərbaycan.- 2007.-
1aprel.- S. 6.