Mürvətqızı S.

 

Teatr tarixi və teatrşünaslığa dair nəzəri fikrin Yeni təməli

 

Tanınmış teatrşünas Ədalət Vəliyevin iki kitabı ilə bağlı rəylər toplusu nəşr olunub

 

Bugünlərdə "Elm" nəşriyyatının çapa hazırladığı "Yeni təməl" kitabı oxucuların ixtiyarına verilib. Kitabda görkəmli teatrşünas alim, mədəniyyət turizm nazirinin müavini, 2005-ci ildə Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə "Qızıl dərviş" "Humay" mükafatlarına layiq görülən Ədalət Vəliyevin "Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri" "Teatr sənətimiz: dünən, bu gün, sabah" kitabları haqqında ölkənin aparıcı mətbuat orqanlarında dərc edilmiş rəylər, məqalələr toplanıb. Vaqif Bəhmənlinin redaktəsi ilə işıq üzü görən kitaba ön sözü sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə yazıb. O, Ədalət Vəliyevi bu günün reallığı şəraitində sintetik teatr formasının optimal variant kimi təqdim edən mütəxəssis kimi səciyyələndirib: "Yəni, teatr keçid dövrünü arxada qoyduqdan sonra kommersiya ya qeyri-kommersiya formasını tərcih edəcək bu istiqamətdə dövrün tələblərinə uyğun fəaliyyətini davam etdirəcək. Beləliklə, "teatr məkanına" bir sıra yeniliklərin tətbiq edilməsi nəticəsində "tam yeni teatr industriyası sahəsi"nin yaranması prosesinin ilkin mərhələsi başa çatacaq". M.Əlizadə Ədalət Vəliyevin təkcə problemləri yox, onların həlli yollarını da nişan verdiyini qeyd edib. Nəfis tərtibatla çap olunmuş kitabdakı məqalələr şərti olaraq 2 hissədə təqdim olunub. 1-ci hissədə Ədalət Vəliyevin 2003-cü ildə "Elm" nəşriyyatında çapdan çıxmış "Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri" monoqrafiyasına həsr olunan yazılar verilib. Bu sırada İftixar Piriyevin "Çağdaş milli teatr təşkilatlanma", Tofiq Abdinin "Dayanan məhv olacaq", Zahir Əzəmətin "Milli artmenecmentlik. Teatr məktəbi yeni təşkilatlanmanın astanasında", E.Güliyevin "Tarixi mənzərə var, çağdaş yaşam da", Ağalar İdrisoğlunun "Azərbaycan teatr tarixində, teatrşünaslığında yeni söz", Əli Vəkilin "Səhnə sənətinə həsr olunmuş dəyərli tədqiqat əsəri" digər imza sahiblərinin maraqlı məqalələri var. 2-ci hissədə Ədalət Vəliyevin 2005-ci ildə "Orxan" nəşriyyatında çap olunan "Teatr sənətimiz: dünən,bu gün, sabah" adlı nəşri haqqında rəyləri əks etdirən məqalələr yer alıb. Burada tanınmış imza müəlliflərindən Aydın Kazımzadənin "Dünənin tarixi, bu günün reallığı, sabaha inamla", İnqilab Kərimovun "Sənətin gücü Çin səddini aşır", Məryəm Əlizadənin "Çağdaş səhnə sorağında", Şərif Ağayarın "Öyrən, yaşa, qur", Flora Xəlilzadənin "Çağdaş teatrın mənzərəsi", Əbülfət Mədətoğlunun "Bu kitabda yanğı var" başqalarının məqalələri toplanıb. Ədalət Vəliyevin sözügedən kitablarına yazılan məqalə resenziyaların, demək olar ki, hamısında belə bir fikir hakimdir: "Bu əsərlərin tədqiqat obyektinin bu obyektə (teatr prosesinə) yanaşma tərzi yenidir, müəllif hadisələrə özünəməxsus tərzdə yozum verib". Bütün bunlar "Yeni təməl"dəki sanballı oxunaqlı 48 rəyin teatrı sevən hər kəsin marağına səbəb olacağına ümid bəsləməyə əsas verir.

 

525-ci qəzet.-2007.-3 aprel.-S.7.