Nəcəfqızı X.
Nə yaxşı ki yol uzanır.
Tanrı vergisi olan
İlahi səsi ilə milyonların qəlbini fəth edən
Həsən Əblucun 65 yaşı tamam olur
Aktyor, reyissor, tərcüməçi,bədii
qiraət ustası, pedaqoq, yazar, bəzən sadəliyi, mülayimliyi ilə bir yeniyetmə, gənc, bəzən ciddiyyəti, müdrik məsləhəti, söhbəti
ilə ixtiyar bir adam- respublikanın
əməkdar artisti Həsən Əbluc 50 il yol gəldi... Sevinə-sevinə, ağlaya-ağlaya...
Sakit-sakit, narahat-narahat...
Qayğılı-qayğılı,
gülə-gülə...
Utandı aktyor, sənət adamı adlanıb, pul qazanmaqdan. Amma heç utanmadı avtobusla işə, teatra gəlib getməkdən! Utanmadı
ona yaraşmayan iri su vedrələri
ilə su qalxmayan mənzilinə su daşımaqdan. Utanmadı layiq olduğu ada-sana yetməməyindən. Həsən
müəllim nə oldu, nə olmadı
çox tez gedən oldu: 50 yaşında köç
edən oldu bu dünyadan...
Kiçik səhnədə məşq gedir... E.Baxışın "Novruz
nağılı" pyesi
əsasında hazırlanan
eyni adlı tamaşanın son məşqi. Yarıqaranlıq
səhnəyə diqqət
kəsilirəm. Ən
çox da reyissora... O, gah aktyorların yeni, oriyinal ifalarına baxıb sevinir, qəhrəmanların, folklorumuzdan
gələn Xızırın,
İlyasın, Kosanın,
Keçəlin və
başqalarının duzlu-məzəli söhbətlərini,
oyun və hərəkətlərini "uşaq" kimi izləyib qəhqəhə
çəkir; gah da bu və
ya digər mizanı qura bilməyən, yaxud yaddan çıxaran aktyorlara hirslənir, özü çevik bir hərəkətlə
səhnəyə atılır,
dönə-dönə
lazım olan fikri, vurğunu təkrarlayır... Beləcə, gah rahat olur,
gah narahat. Gah
əsəbi, gah sakit... Ömrünün otuz ildən çoxunu sənət deyilən bir pərvanənin başına
dolanmaqla keçirmiş,
oynadığı rolları
hazırladığı tamaşaları
beləcə var-dövləti
bilmiş Həsən
Əbluc əvvəlki
nəsillərə çoxdan
tanışdır... Yeni
nəsillər də bir az yaxından
tanısınlar onu.O,aktyor təhsilini tanınmış sənətkarımız,
professor Rza Təhmasibin
kursunda alıb. C.Cabbarlının "Sevil"
pyesində Atakişi,
G.Fiqeyredonun "Ezol"
əsərində Ezol,
F.Şillerin "Qaçaqlar"
ında Frans, S.S.Axundovun "Eşq və intiqam" dramında Çingiz, S.Vurğunun "Komsomol poeması" nda Gəray bəy onun tələbəlik illərində oynadığı
obrazlar, böyük səhnəyə aparan yolun ilk uğurlarıdır.
Ali məktəbi bitirdikdən sonra Həsən Əblucu müxtəlif ünvanlı
sənət ocaqlarında-akademik
teatrda, kinostudiyada, televiziyada, radioda, incəsənət universitetinin
auditoriyalarında çalışan
görürlər. 1964-cü ildən M.Qorki adına Gənc Tamaşaçılar Teatrında
ciddi yaradıcılıq
fəaliyyətinə başlayır
və demək olar ki, bütün
yaradıcılığı boyu özünü ən çox bu teatrın səhnəsində,bu teatrın tamaşalarında
ifadə edə bilir. Bəlkə də ən
çox ona görə ki, O, GTT-nın səhnəsində
həmişə milli
və dünya dramaturgiyasının ən
gözəl əsərlərində
əsas qəhrəman
rollarında çıxış
edib. Bu şərəf
hər aktyorun taleyinə, sənət ömrünə yaxın düşmür. Sənət
adamlarına
Həsən müəllimin ruhu və əzizləri
onun ömrünün
65-ci baharı ilə üz-üzədir. Bu günlərdə 65 yaşı, reyissor kimi fəaliyyətə başlamasının isə
45 illiyi qeyd olunur. Həsən Əbluc 50 illik yaşadığı ömürdə
tapdığı sənət
oldu, aldığı
zövq. Qazandığı
yüzlərlə incə
hissli, teatrı qiymətləndirən tamaşaçının
məhəbbəti, hörməti.
Bəs itirdiyi, özünə, əzizlərinə
qaytara bilməyəcəyi,
heç vaxt daha onunku olmayacaq
həqiqət nə oldu?! Ömür! Bir-birindən şirin, gözəl illər, saatlar, dəqiqələr, anlar. Bu günlərdə saçlarının gümüşü
işığında ömründən
bir il də
süzülüb axacaq.
Həsən müəllimin
sənəti, sənətkar
taleyi, insan ömrü haqda düşünəndə bir
fikir də "yaz məni" deyir. Bu, o
fikirdir ki, nə yaxşı respublikanın əməkdar
artisti adına qədər yüksəlmiş,
tamaşaçıların, teatr bilicilərinin inamını qazanmış
Həsən Əblucun
yaddaşlarda, xatirələrdə
sənət yolu hələ uzanır...
Kaspi.-2007.-21-23 aprel.-S.20.