İordaniya kraliçası Raniyə
əl-Abdullah ilə görüş
Aprelin
3-də Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban Əliyeva İordaniya kraliçası, YUNESKO-nun
xoşməramlı səfiri Raniyə əl-Abdullah ilə
görüşmüşdür.
YUNESKO-nun iqamətgahında
keçirilən görüşdə
xanım Raniyə əl-Abdullah rəhbərlik etdiyi İordan Çayı Fondunun xeyriyyə tədbirlərindən, valideyn
qayğısından məhrum
olmuş uşaqlara himayədarlıq edilməsi,
onların hərtərəfli
təhsil alması və digər sahələrdə gördüyü
işlər barədə məlumat vermişdir.
Mehriban Əliyeva Heydər Əliyev Fondunun tarixindən, Azərbaycanda maddi və qeyri-maddi mədəni irsin qorunması, kimsəsiz uşaqlara göstərilən
qayğı, təhsil
sahəsində YUNESKO ilə
birlikdə həyata keçirilən layihələr
haqqında danışmışdır.
Sonra Mehriban xanım İordaniya mahnı və rəqslərinin təqdim
edildiyi "İordaniya
inciləri gecəsi"
adlı konsert proqramına tamaşa etmişdir.
Mehriban xanım YUNESKO-nun baş direktoru Koişiro Matsuura və digər xoşməramlı səfirlərlə
birlikdə xatirə şəkli çəkdirmiş,
baş direktorun və xoşməramlı
səfir Şeyx Həsən İ.Şikerin
xoşməramlı səfirlərin
şərəfinə verdikləri
ziyafətdə iştirak
etmişdir.
Azərbaycan.-2007.-5 aprel.-S.3.