Teatr açmağa bir ömür lazımdır
Türkiyədə aktyor yetişdirməklə
məşğul olan Cahangir Zeynalovun fikrincə, bizim teatr işçiləri daha peşəkardır
"Teatr
açmaq üçün
bir ömür lazımdır". Mərhum
sənətkarımız Nəsibə
Zeynalovanın hazırda
Türkiyədə çalışan
oğlu Cahangir Novruzov bu fikirləri
türk mətbuatına
açıqlamasında bildirib.
O deyib ki, Azərbaycan teatrının
maraqlı tarixi keçmişi var və bu teatrın
formalaşmasında, inkişafında
onun babası Cahangir Zeynalovun da böyük rolu olub.
Teatrın həmişə dövlətin
yardımına ehtiyacı
olduğunu deyən aktyor yaxın vaxtlarda Azərbaycan teatrında müsbət dəyişikliklərin olacağına
inandığını söyləyib.
O qeyd edir ki, 1990-cı illərdən sonrakı siyasi-iqtisadi böhran teatra da təsir
edib. Ona görə də teatrların dövlətin,
Mədəniyyət və
Turizm Nazirliyinin yardımına ehtiyacı
var: "Sənət isə hər bir dövlətin vitrinidir. Bu vitrinin gözəl olması vacibdir. Teatrlar günümüzün
aynası olaraq gözəl vitrin rolunu oynamalıdır. İnanaq ki, nəticə yaxşı olacaq".
Yaratdığı obrazları ilə yadda qalan aktyor yaxın
vaxtlarda Vətənə
dönüb nə teatr açmaq, nə də tamaşalarda oynamaq niyyətindədir. C.Novruzov
hələ ki Türkiyədə aktyorlar
yetişdirməklə məşğuldur:
"Teatr açmaq üçün bir ömür lazımdır.
Mənim Türkiyədə
"Ceyhan bələdiyyə
teatrı"m var. Həm də
orada çoxlu tələbələrim var.
Həmin tələbələr
filmlərə, teatrlara
cəlb olunurlar. Onlar çox istedadlıdırlar".
C.Novruzov hazırda Türkiyə teatrlarının potensialının çox olduğunu desə də, Azərbaycan teatr işçilərinin daha peşəkar olduğunu vurğulayıb.
Kaspi.-2007.-7-9 aprel.-S.20.