Mehriban Əliyeva Litva Prezidenti Valdas Adamkusla görüşüb
Heydər Əliyev
Fondunun prezidenti YUNESKO
xoşməramlı səfirlərinin
ənənəvi illik
hesabat yığıncağına
da qatılıb
AzərTAc. Fransada
səfərdə olan
Azərbaycanın birinci
xanımı, YUNESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Parisdə YUNESKO-nun əsas
iqamətgahında qurumun
xoşməramlı səfirlərinin
ənənəvi illik
hesabat yığıncağında
iştirak edib. Yığıncağı təşkilatın
baş direktoru Koişiro Matsuura açaraq
xoşməramlı səfirləri
7-ci illik hesabat münasibətilə təbrik
edib, onların
son bir
il ərzində gördükləri işlər
barədə müfəssəl
məlumat verib. Baş direktor müxtəlif qitələri və ölkələri təmsil
edən səfirlərin
dünyanı narahat edən bir çox
problemlərin həllində
fəal iştiraklarını
xatırladıb, təşkilata
hərtərəfli yardım
göstərdiklərini, YUNESKO-nun davamlı inkişafı xüsusi diqqətdə saxladığını vurğulayıb.
Təhsil sahəsindən söhbət
açan baş direktor hələ də dünyada milyonlarla uşağın
təhsildən kənarda
qaldığını bildirib,
YUNESKO tərəfindən keçirilmiş
beynəlxalq konfranslardan
danışıb. O, Azərbaycanın
birinci xanımının
fəaliyyəti sayəsində
Azərbaycanla YUNESKO arasında
yaranmış sıx
əməkdaşlığı, təhsillə bağlı
regional konfransın 2008-ci ildə
Bakıda keçirilməsi
barədə Mehriban Əliyevanın təşəbbüsünü
yüksək qiymətləndirib.
Yığıncaqda Mehriban xanım Əliyeva çıxış
edib. Mehriban xanım çıxışının
əvvəlində baş
direktoru və həmkarlarını ənənəvi
illik hesabat yığıncağı münasibətilə
salamlayıb. Azərbaycanın birinci xanımı YUNESKO tərəfindən tərəfdaşlıq
məsələsi ilə
əlaqədar Qətərdə
keçirilmiş regional konfransı
xatırladıb, xoşməramlı
səfirləri “Hamı
üçün təhsil”
proqramı çərçivəsində
2008-ci ilin iyul ayında Azərbaycanda keçiriləcək yekun
regional konfransa dəvət
edib.
Ötən ilin
“Qeyri-maddi mədəni
irsin qorunması haqqında” Konvensiyanı ratifikasiya etmiş ölkələrin Baş
Məclisinin 2006-cı il iyun ayının
26-da keçirilməsi ilə
yadda qaldığını
xatırladan Mehriban xanım Əliyeva Azərbaycanın cari ilin mart ayında bu Konvensiyanı ratifikasiya etdiyini bildirib. Mehriban Əliyeva qeyri-maddi
irsin qorunması və təbliğinin ümdə vəzifə olduğunu vurğulayıb
və bu sahədə ölkəmizdə
görülən işlərdən
söhbət açıb.
Heydər Əliyev
Fondunun son bir ildəki fəaliyyətindən
danışan xoşməramlı
səfir həmin fəaliyyətin səmərəli
olduğunu xüsusi vurğulayıb, təhsil,
elm, mədəniyyət, səhiyyə
və ətraf mühitin qorunması kimi sahələrdə Fondun öz işini davam etdirdiyini, bir sıra layihələrin artıq başa çatdırıldığını, “Yeniləşən Azərbaycana
yeni məktəb” proqramının uğurla
həyata keçirildiyini
bildirib. Mehriban Əliyeva deyib ki, Heydər Əliyev Fondu, Vaşinqton Elmlər Akademiyası və YUNESKO Bakıda orta əsr əlyazmalarında
tibb və əczaçılıq mövzusunda
ilk beynəlxalq konfrans
təşkil edib. Hazırda ölkəmizdə təbabətə
dair 3 qiymətli əlyazma qorunub saxlanılır və onlar ümumdünya yaddaş qeydiyyatına salınyıb. Bu əlyazmalar bütün bəşəriyyət üçün
böyük əhəmiyyət
daşıyır.
Memarlıq
abidələrinin bərpasında
Heydər Əliyev Fondunun fəal iştirakını qeyd edən Mehriban Əliyeva son vaxtlar Azərbaycanda bir çox tarixi və dini abidələrin
bərpa edildiyini xatırladıb, eyni zamanda, Fondun ölkəmizin hüdudlarından
kənardakı ümumbəşəri
əhəmiyyət daşıyan
mədəni abidələrin
bərpasında da iştirakını vurğulayıb,
Parisin yaxınlığında,
Versalda bərpa işlərində Heydər
Əliyev Fondunun əməli fəaliyyət
göstərdiyini bildirib.
Azərbaycanın qeyri-maddi mədəni irslərindən biri olan muğamın qorunması və təbliği üçün
bir çox işlər görüldüyünü
deyən Mehriban Əliyeva bu sahədə Azərbaycana
hərtərəfli kömək
göstərmiş YUNESKO-ya
minnətdarlığını bildirib. Cənab K.Matsuuranın iştirakı
ilə Bakıda təməli qoyulmuş Beynəxalq Muğam Mərkəzinin tikintisinin
davam etdirildiyini, 2008-ci ilin yayında mərkəzin açılışı ilə
əlaqədar keçiriləcək
təntənəli tədbirdə
baş direktorun iştirak edəcəyinə
ümidvar olduğunu bildirib.
Mehriban xanım
Əliyeva çıxışının
sonunda Heydər Əliyev Fondunun Pakistandakı qızlar məktəbi ilə əlaqədar həyata keçirdiyi layihə barədə də məlumat verib. O, dünya şöhrətli musiqiçi
Mstislav Rostropoviçi
anadan olmasının
80 illiyi ilə əlaqədar bütün
xoşməramlı səfirlər
adından təbrik edib. Mehriban Əliyevanın çıxışı
Heydər Əliyev Fondunun muğam və Pakistandakı qızlar məktəbi ilə əlaqədar hazırladığı layihələri
əks etdirən slaydlarla müşayiət
olunurdu.
Yığıncaqdan sonra Heydər Əliyev Fondunun prezidenti, Litvanın Prezidenti Valdas Adamkusla görüşüb. Söhbət zamanı Mehriban xanım Əliyeva son illər ərzində Azərbaycanda mədəniyyət
sahəsində görülmüş
işlərdən, Heydər
Əliyev Fondunun bu yöndə fəaliyyətindən danışıb.
Azərbaycana etdiyi səfərini
xatırladan Valdas Adamkus onun salamlarını
Prezident İlham Əliyevə çatdırmağı
xahiş edib, bu səfərdən yüksək təəssürat
aldığını xüsusi
vurğulayıb. Ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf
etdirilməsinin zəruriliyini
bildirən dövlət
başçısı Prezident
İlham Əliyevi və Mehriban xanımı Litvaya səfərə dəvət
edib.
Bundan başqa Mehriban Əliyeva İordaniya kraliçası, YUNESKO-nun xoşməramlı
səfiri Raniyə əl-Abdullah ilə görüşüb. YUNESKO-nun iqamətgahında
keçirilən görüşdə
xanım Raniyə əl-Abdullah rəhbərlik
etdiyi İordan Çayı Fondunun xeriyyə tədbirlərindən,
valideyn qayğısından
məhrum olmuş uşaqlara himayədarlıq
edilməsi, onların
hərtərəfli təhsil
alması və digər sahələrdə
gördüyü işlər
barədə məlumat
verib. Mehriban Əliyeva Heydər Əliyev Fondunun tarixindən, Azərbaycanda maddi və
qeyri-maddi mədəni
irsin qorunması, kimsəsiz uşaqlara göstərilən qayğı,
təhsil sahəsində
YUNESKO ilə birlikdə
həyata keçirilən
layihələr haqqında
danışıb.
Mehriban xanım YUNESKO-nun baş direktoru Koişiro Matsuura və digər xoşməramlı səfirlərlə
birlikdə xatirə şəkli çəkdirib,
baş direktorun və xoşməramlı
səfir Şeyx Həsən İ.Şikerin
xoşməramlı səfirlərin
şərəfinə verdikləri
ziyafətdə iştirak
edib.
Mehriban xanımın Fransa Milli Assambleyanın sədri Patrik Olye ilə görüşündə
isə P.Olye Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin yanvarında
Fransaya dövlət səfəri zamanı Milli Assambleyadakı görüşünü xatırladıb. Söhbət zamanı ölkələrimiz
arasındakı münasibətlərə
dair fikir mübadiləsi aparılıb.
Mehriban Əliyeva ölkələrimiz
arasında mədəni
sahədə əməkdaşlığın
daha da inkişaf
etdirilməsinin zəruriliyini
xüsusi vurğulayıb
və Azərbaycanda Fransa, Fransada isə Azərbaycan mədəniyyəti günlərinin
keçirilməsini təklif
edib.
Milli Assambleyanın sədri Azərbaycanın birinci xanımının bu fikrini böyük razılıq hissi ilə qarşılayıb
və bu məsələnin seçkilərdən
sonra nəzərdən
keçiriləcəyini vurğulayıb. O deyib
ki, nəinki mədəniyyət sahəsində,
eyni zamanda, iqtisadi sahədə də əməkdaşlığın
inkişaf etdirilməsi
üçün addımlar
atılacaq. Milli Assambleyanın İqtisadi
əlaqələr komitəsi
üzvlərinin Azərbaycana
səfəri təşkil
ediləcək. Palatanın sədri
bildirib ki, bu səfər ölkələrimiz arasında
əməkdaşlığın daha da dərinləşməsinə
kömək edəcək.
Görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinə də
toxunulub. Milli Assambleyanın sədri
ölkəsinin Azərbaycanın
ərazi bütövlüyünü
dəstəklədiyini bir
daha vurğulayıb,
Yeni Azərbaycan.-2007.-5 aprel.-S.3.