Xanoğlan V.
Xalq artisti Nəsibə
xanım Zeynalovanın 90 yaşı tamam oldu
Bu
sərlövhə bəlkə də bir az qeyri-adi
görünəcək. Amma . Onun mədəniyyətimiz
qarşısındakı xidmətlərini
böyük bir ordunun xidmətləri ilə müqayisə etmək olar. Nəsibə xanım milyonlarla insanın ürəyini fəth etmişdi. Azərbaycanda da, Azərbaycandan kənarda da hamı onu sevirdi.
Və bu gün Nəsibə xanımdan qeyri-adi nəsə yazıb oxucunu təəccübləndirmək
çox çətindir.
Ona görə ki, bu gözəl sənətkar həmişə
xalqın arasında idi. Öz hisslərini,
duyğularını insanlarla
bölüşürdü. Onu tanıyırdılar, bilirdilər ki, bu xalqı, bu torpağı bütün varlığı
ilə sevən bir insandır Nəsibə xanım.
Uşaqlığın kövrək
xatirələrini danışmağı
xoşlamazdı. Deyirdi
ki, çətinliklər
də olub, xoş, yaddaqalan məqamlar da. Orta məktəb illərindən yaddaşında
qalanların əksəriyyəti
isə elə teatrla bağlı idi. O vaxt tez-tez
teatrlara gələr, nəzarətçilərlə dil tapıb birtəhər içəri
keçərdi. Atasının
adını bütün
teatr xadimləri hörmətlə tuturdular.
Bu cəhət balaca, dəcəl qızın taleyində çox mühüm rol oynadı. Elə bil tale
özü onu sənətin əzablı
yollarına çəkirdi.
Nəsibə xanım
Bakı Teatr Texnikumuna sənəd verəndə də heç kəs ona maneçilik törətmədi. Deyirdi
ki, ömrümdə ən xoş anlardan biri idi
texnikuma qəbul olduğum gün.
Nəsibə xanım
“anadangəlmə” aktyor
idi. Onun yüksək intellekti, özgələşmək bacarığı,
istedadı elə ilk tamaşalardan özünü göstərmişdi.
Təbiətində incə
bir yumor duyğusu var idi. Deyirdi, bu
bizim genetik xüsusiyyətimizdir. Az bir vaxt içərisində
komediya aktyoru kimi formalaşdı, oynadığı rolların
əksəriyyəti məhz
komik tipli qəhrəmanlar oldu. Nəsibə xanım haqqında yüzlərlə
məqalə, neçə-neçə kitab, monoqrafiya yazılıb. Bu nadir istedada
malik qadının o qədər daxili potensialı var idi ki,
hər il, bəlkə də, onlarla rol oynayırdı.
Həm də onların əksəriyyəti
baş qəhrəmanlar,
bizim müasirlərimiz
idi. Biz onlara baxıb gülürdük. Amma nəticə çıxaranlar
da çox idi. Onun rolları
tərbiyələndirici gücə
malik idi. Nəsibə xanım deyirdi ki, mənim
qəhrəmanlarımın çoxu həyatın özündən gələn
obrazlardır. Onlar insanlara nəyisə deyir, nəyisə təlqin edirlər.
Bəlkə də ona görə Nəsibə xanımın qəhrəmanları
bu qədər sevilirdi, bu qədər
tamaşaçı alqışları
ilə qarşılanırdı.
Əlbəttə, mən
onların hamısını
sadalamaq istəmirəm,
bu heç mümkün də deyil. Amma bəzilərini xatırlatmaq
istərdim. Rəxşəndə
(“Qızılaxtaranlar”), Kəblə
Fatma (“Hacı Kərimin Aya səyahəti), Xeyransa, Həlimə xanım (”Sevindik qız axtarır"), Qızbacı
(“Hicran”), Cənnət
xala (“Qayınana”) və s. Bu
rolların hər biri bizim Musiqili
Komediya Teatrında böyük hadisə olub. Belə ki, Nəsibə xanım bu rolları
ilə səhnəyə
yeni ab-hava, yeni ruh, yeni
nəfəs gətirib.
Tamaşaların hər
biri uzun illər repertuardan düşməyib və bu gün də
televiziya vasitəsilə
mütəmadi olaraq nümayiş etdirilir.
Nəsibə xanımdan
söz açanda onun ekran qəhrəmanlarını
da yada salmamaq
olmaz. 20-dən artıq filmdə yaratdığı irili-xırdalı obrazların
hər biri milli kino aktyorluğu
sənətimizin çox
dəyərli nümunələridir.
Bu qəhrəmanlar da Nəsibə xanımın istedadından
yaranıb, onun sənətinin yadigarlarıdır.
1958-cidə çəkilən
“Ögey ana” Nəsibə xanımın
kinoya gətirən ilk film idi.
Fatmanisə o qədər də böyük rol deyil. Ancaq xarakterik
qəhrəmandır.
Telli isə “Böyük dayağ”ın əsas qəhrəmanlarındandır. Filmə tamaşa edənlər bu qadının ciddi, işgüzar bir xarakterə malik olduğunun şahidinə
çevrilmişlər.
Şəhla xanım
(“Qanun naminə”) isə daha çox
qəddardır. O, baş
qəhrəmanın qayınanasıdır,
özünü yüksək
təbəqənin nümayəndəsi
sayır. Mehmanın anasını bəyənmir,
qızının kənddə
yaşamasını absurd
hesab edir. Nəticədə isə Mehmanın evinə soxulmuş qara əllər onun hesabına bu ailəni dağıdır.
Nəsibə xanımın
ifasında Şəhla
zahirən doğrudan da, lovğa bir qadın təsiri bağışlayır.
Onun üçün var-dövlət, eyş-işrət hər şeydir. Aktrisa bu obrazı
elə yüksək sənətkarlıqla ifa edir ki, tamaşaçı,
həqiqətən, onun
istedadına heyran qalır. Üstəlik, filmdə o daha
bir rolu — kəndli qadını ifa edir. Bir-birindən fərqli olan bu qadınların
eyni aktrisanın ifa etdiyini heç
ağlına belə gətirmirsən. Nəsibə
Zeynalovanın “Qayınana”dakı Cənnəti isə teatrın repertuarından uzun müddət düşməmişdir.
Nəsibə sənətinin
zirvəsi olan bu obraz elə
bil onun “üstünə biçilmişdi”.
Cənnət xalanı
kinoda da yaratmışdı.
Nəsibə xanımın
kinoda son işləri “Yuxu” və “Məhəllə” filmləri oldu. Bu filmlərə o böyük çətinliklə çəkilsə
də, xəstələyinə
qalib gəldi, öz sənətinin xatirinə, tamaşaçılarla
görüş xatirinə
hər əzaba dözdü, bu filmləri tamamlaya bildi.
Nəsibə xanımın
həyatı daim zirvəyə doğru can atan alpinistin
həyatına bənzəyirdi.
O, doğrudan da sənətin zirvəsini fəth etdi. Bu gün də,
sabah da biz o zirvədə
Nəsibə xanımın
yerini görəcəyik.
Xalq qəzeti.- 2007.- 20 aprel.- S. 8.