İmzanın
hökmü iki hissəli tragikomediya teatr səhnəsində
Tofiq Kazımov Akademik Milli Dram Teatrının
səhnəsində ikinci
ömür yaşayır
Tofiq Kazımov Azərbaycanın
görkəmli novator rejissorudur. Keçən əsrin ikinci
yarısında onun Azərbaycan Dövlət Akademik Teatrında hazırladığı Cəlil
Məmmədquluzadənin "Ölülər", Vilyam
Şeksprin "Tufan"
və "Antonio və Kleopatra", İlyas Əfəndiyevin
"Sən həmişə
mənimləsən", "Unuda bilmirəm" tamaşaları Azərbaycan
teatr tarixinə əbədi həkk olunmuşdur. Şair təbiətli
rejissorun hazırladığı
tamaşaların poetik
vüsətində atası
Səməd Mənsurun
şeirlərindən doğan
polifonik bir aləm vardı.
Tofiq Kazımov
Azərbaycan teatr sənətinə yozumunda
səhnələşdirdiyi qeyri-adi tamaşalar bəxş etməklə yanaşı, dərin məzmunlu, fəlsəfi mahiyyət aşılayan dram əsərləri də gətirmişdi. Bunlardan biri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
hazırlanan "İmzanın
hökmü" tamaşasıdır.
Teatr tarixinə və sənətkarlarımızın
yaradıcılığına az-çox bələd olanlar bilirlər ki, ustad rejissor
Tofiq Kazımov ara-sıra dram
əsərləri də
yazırdı. Təəssüf
ki, sağlığında
o, bu yazıları
baş rejissor işlədiyi Akademik Dram Teatrına təqdim etməmişdi. Bunun iki səbəbi vardı. Birincisi, Tofiq Kazımov rejissor sənətinə və dramaturgiyaya o qədər yüksək meyarla yanaşardı ki, yazdığı əsərləri
üzə çıxarmaqdan
çəkinərdi. İkincisi,
poetik aləmlər içində vurnuxan, yaradıcılığında həmişə qeyri-adi, heyrətedici, cəlbedici yeniliklər axtaran rejissor əsərlərdə bunu görə bilmirdi. Amma etiraf edək
ki, Tofiq Kazımovun dramaturgiyası
o dərəcədə
güclü, bitkin, mənalıdır ki, o istənilən teatrın repertuarını
zənginləşdirə bilər.
Yaradıcılıq yolunda fərdi
cizgiləri ilə seçilən Tofiq Kazımov peşəkarlığından
irəli gələrək
pyes müəlliflərinə
bəzi məsləhətlərini
də verməyi nəzərdən qaçırmamışdı.
O, müasir müəlliflərin
əsərlərini tamaşaya
hazırlayanda, onlara
xeyli faydalı məsləhətlər
verirdi ki, bu da onun
dramaturgiyanı yaxşı
bilməsindən, əsərin
səhnə həllini
professional səviyyədə
həyata keçirməsindən
irəli gəlirdi.
"İmzaların hökmü"
Tofiq Kazımovun faciəvi ölümündən
xeyli keçəndən
sonra Akademik Milli Dram Teatrının baş rejissoru, respublikanın xalq artisti Mərahim
Fərzəlibəyov tərəfindən
səhnələşdirilməsi təqdirəlayiq hadisədir.
Bu, Tofiq Kazımovun həyatına
teatrın səhnəsində
ikinci ömür vermək, eləcə də, bir istedadlı
rejissor kimi onu qəlbən anmaq, tamaşaçıların
diqqətində saxlamaq
deməkdir. "İmzanın
hökmü" tamaşası
iki hissəli tragikomediyadır. Bizcə,
burada bir qədər qeyri-dəqiqlik var. Lətifəvari süjetlə
inkişaf edən, güclü oyun elementləri ilə zəngin olan bu tamaşa əvvəl estrada-şou təəssüratı ilə
başlayır. Sonda məsələnin gərginləşdirilməsinə
gətirib çıxarır.
Daha aydın desək, obrazların bir-birini aldatması, məqsədlərinə çatmaq
üçün bir-birini
gülüş hədəfinə
çevirməsi onların
mənfi xüsusiyyətlərini
açıb göstərir.
Sonda isə bu gülüş qəmli bir sonluqla nəticələnir.
"İmzanın hökmü" tamaşasının
bədii tərtibatı
tamamilə rejissor fikrinin obrazlı görünüşünə yönəldilmişdir. Səhnənin sağından soluna açılan divarın arxasında köhnə Bakı mənzərələri,
divarın al-əlvan üzündə isə keçən əsrin əvvəllərində
"Molla Nəsrəddin"
jurnalında əks etdirilən adamların surətini görürük.
İlk səhnələrdən
tam müasir tikintilərdə çalışan başı
dəbilqəli inşaatçıların
(Muradın dostlarının)
səhnəyə gəlişi
bu mənzərə ilə təzad təşkil etsə də, əslində, çox böyük məna çalarlarına
malikdir.
Aktyorların, xüsusilə, Yaşar Nuri - Qazı, Həkim Şəfa - Telman Adıgözəlov,
Murad - Anar Heybətovun ifasında improvizə ilə dolu estrada-şou elementləri daha çoxdur.
Yaşar Nurinin Qazı
rolunda əvvəldən
axıra kimi hirslənəndə atdanması,
hər bir hadisəyə arı vızıltısı ilə
münasibət bildirməsi,
tərsliyi, eyni zamanda, sadəlövhlüyü,
hər şeyə inanması onu sonda gülünc vəziyyətə salmalı
idi. Lakin rejissorun son akkordları bu obrazın nə qədər bic, amansız, qəddar olduğunu sübut edir.
Telman Adıgözəlov
Həkim Şəfa rolunda sanki estrada
da tənha çıxış edir.
Özündən bəzi
əlavələr artırmaqla
mətni daha da cazibəli səsləndirir. Lakin Muradın öz səadətinə çatması,
Qazının qızı
Sədəflə evlənməsi
üçün göstərdiyi
səylər səthidir
və qeyri-ciddi xarakter daşıyır.
Murad - Anar
Heybətov inşaat mühəndisidir. Yeni saray tikməklə məşğuldur. Bununla yanaşı,
Qazının qızı
ilə ailə qurmaq üçün həm quldur-qaçaq, həm də cadugər-falçı donlarına girib Qazının yanına gəlir, onu aldadaraq məqsədinə
nail olmaq istəyir. Ədalət naminə gənc aktyorun səylərinin müvəffəqiyyətlə nəticələnməsinin şahidi
oluruq. Murad həm cadugər, həm də qurdur-qaçaq obrazlarını
bir-birindən ayıra bilir, hərəkəti, yerişi
və danışığı
ilə obrazları tam başqalaşdırıb
təqdim edə bilir.
Adlarını qeyd etdiyimiz aktyorların hər birinin ifasındakı oyun zənginliyi, improvizə və sərbəstlik tamaşanın
başqa ifaçılarından
onları fərqli dərəcədə ayırır.
Nazlı xanım
- Ə.Babayeva, Sədəf - Ş.Şahvələdqızının
obrazlarına gəlincə
isə, qeyd edək ki, aktyorların
hər biri öz obrazlarını düzgün, lakin ənənəvi tərzdə
ifa edirlər.
Muradın dostları
içərisində Cuma
- İlyas Əhmədov,
Sərdar - Tahir Rüstəmov, Salman - Məmməd Zeynalov verilən ədəbi materiala uyğun çox inandırıcı
oynayırlar.
Xatırladaq ki,
tamaşada Səməd
Mənsurun şeirlərindən
istifadə olunur.
Səs.-2007.-26
aprel.-S.12.