Kamal Xudaverdiyev: Həyat çox maraqsızdır

“Urəyimin şah damarına dörd stend qoyulub, nəfəs borum əməliyyat olunub”

 

Xalq artisti Kamal Xudaverdiyev APA-ya eksklüziv müsahibə verib.Onu ixtisarla təqdim edirik.

- Cərrahiyyə əməliyyatından sonra özünüzü necə hiss edirsiniz?

- Yaxşıyam, sadəcə səsimlə bağlı ciddi problemlərim var. Mənim nəfəs borumda şiş aşkarlanmışdı ki, o da nəfəs almağımı çətinləşdirirdi. Ürəyim sağlam olmadığına görə, bu əməliyyat çətin oldu. Əvvəlcə ürəyimdəki, daha sonra nəfəs borumdakı problem aradan qaldırıldı. Urəyimin şah damarına dörd stend qoyulub.

- Xəstəxanada olduğunuz dövrdə kim sizinlə maraqlandı?

- Həmin ərəfədə dostlarım, mətbuat çox zəng edirdi. Elçin Əfəndiyev, Polad Bülbüloğluna təşəkkür edirəm. Üç ay orada qaldıq, ancaq hotel pulu ödəmədik. Yoxsa 10 min dollar hotel pulu ödəməli idik. Ancaq xəstəxananın pulunu özüm ödədim.

- Bundan sonra səhhətiniz böyük rollar yaratmağınıza imkan verəcəkmi?

- Yəqin ki, ağır obrazlar yarada bilməyəcəyəm. Əgər səs gəlib öz yerində otursa, oynamaq olar. Səsimin nə zaman bərpa olunacağı da məlum deyil. Həkimlərin dediyinə görə, tədricən düzələcək. Üç aydan sonra yenidən müayinə üçün Moskvaya gedəcəyəm. Sentyabra kimi heç bir tamaşada oynamayacağam.

- Sizi əvəz etmək olacaq?

- Deyirlər, əvəzolunmaz insan yoxdur. Hamını əvəz etmək olar, amma keyfiyyət məsələsi var. Əvəz olunacam, ancaq qəbul olunacağını deyə bilmərəm.

- Azərbaycan tamaşaçısının səviyyəsi aşağıdır, yoxsa teatrın?

- Teatrımızın vəziyyəti olduqca pisdir. Mədəniyyətə dövlət səviyyəsində qayğı göstərilməlidir. Keçmişdə teatrın bütün kommunal xərclərini dövlət ödəyirdi. İndi isə teatrlar özü ödəyir. Aktyorların gəlirləri çox azdır, Biz hərdən eşidirik ki, respublikada orta hesabla əməkhaqqı 150-160 manat təşkil edir. Ancaq bu məbləğ bizə aid deyil. Bizdə elələri var ki, 40-50 manat əməkhaqqı alır. Mən xalq artisti 80 manat əməkhaqqı alıram. Bizim respublikaya 5-6 teatr bəsdir, 30-dan artıq dövlət teatrı var, çoxusu da Bakıda yerləşir. Amma heç bir keyfiyyət yoxdu.

 - Gələn il 70 yaşınız tamam olacaq. Yubileyinizi necə qeyd edəcəksiniz?

- Bu yaşımda ən böyük arzum can sağlığıdır. Həyat çox maraqsızdır, əgər səsim düzəlsə, yubiley ərəfəsində sakit bir obraz oynamaq istəyirəm. Ancaq düzəlməsə oturub lent yazılarıma baxa-baxa yubileyimi qeyd edəcəyəm.

- Bəs teatrı tərk etməyi necə, düşünürsünüz?

- deyim, çıxardarlar gedərəm. Mənim kimilər bu gün teatra çox lazımdır. Aktyor kimi deyil, gənclərin məsləhətçisi, yol göstəricisi kimi.

- Yubiley ərəfəsində dövlətdən gözləyirsiniz?

- Heç . Heç istəmirəm.

 

Gündəlik Azərbaycan.-2007.-19 aorel.-S.14.