Qaliboğlu E.
Dəlilər və ağıllılar
Tamaşa bütün dövrlər
üçün aktualdır
Bazar günü Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin
"Dəlilər və
ağıllılar" ikihissəli
drmamatik komediyasının
tamaşası oldu. Tamaşanın quruluşçu
rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, bəstəkarı
xalq artisti mərhum Vasif Adıgözəlov, rəssamı
Rafiq Abdullayevdir. Rolları əməkdar artist Cəfər Namiq Kamal (Ədhəm Tağıyev), xalq artisti Bəsti Cəfərova (Azadə xanım), xalq artisti Elxan Ağahüseynoğlu
(Ağamusa Fərəcov),
əməkdar artisti Kübrabəyim Əliyeva
(Nazilə), xalq artisti Hacı İsmayılov (Ağadadaş
Nəcəfov), Məzahir
Cəlilov (Cümü),
əməkdar artist Sabir Məmmədov
(Şahmar), əməkdar
artist Sevinc Əliyeva (Südabə), Rövşən Kərimduxt
(Kərəm) və başqaları ifa edirdilər. Tamaşada müxtəlif fərqli
səhnələrin düzənlənməsi,
keçid musiqiləri,
müxtəlif yaşayış
tərzinə məxsus
insanların həyat tərzinin səhnədə
təcəssümünün tamaşaçı tərəfindən
aydın dərk olunmasına imkan yaradırdı.
Südabə ilə Şahmar
biri-birlərini sevirlər. Şahmar evi olmadığından hələ ailə qura bilməyib, qaçqın həyatı
yaşayır. Digər
bir səhnədə yüksək vəzifəli
Ədhəm Tağıyevin
evi canlanır. Azadə xanım qaz ustasını evinə dəvət edib, bəhanəsi də budur ki,
nəsə burnuna qaz iyi dəyir,
deyəsən, təhlükə
var. O, boylu-buxunlu Şahmara vurulub. Şahmar özünü çox həyalı aparır. Lakin Azadə xanım əlindən gələni
edir ki, onu öz istəyinə
tabe etsin. Qonşusu Nazilə də eynən Azadə xanım xarakterlidir, o da Şahmar kimi yaraşıqlı oğlanın özününkü
olmasını ürəyindən
keçirir. Qadınlar
arasındakı biri-birlərinə acıqlı
münasibət burada özünü bütün
çalarları ilə
göstərir. Şahmar
çətin vəziyyətdədir.
O, Azadə xanımın
təklifindən hətta
çaşır. Növbəti
səhnədə artıq
o, bu xanımın
sevgilisidir. Azadə xanım onun kirayə pulunu ödəyir, ayaqqabı, kostyumlar alır, mənzil problemini yaxın vaxtda həll edəcəyinə
söz verir və həll edir də. O, ərinə Şahmarı
yaxın qohumu kimi təqdim edir. Əri hədsiz ruhsuz adamdır. Onun üçün yalnız
vəzifə var. Yaşlı, vəzifəpərəst
Ədhəm Tağıyev
obrazını Cəfər
Namiq Kamal məharətlə yarada bilib. Onun bütün
davranış tərzi,
halı, arxayınçılığı
vəzifəsindən sui-istifadə edən məmurun tipik obrazıdır. Azadə xanım ərini Şahmarın problemlərini
həll etməyə məcbur edir. Digər bir səhnədə isə Ədhəm Tağıyevin
idarəsində çalışan
Ağamusa Fərəcovun
ailəsinin təsviri
diqqəti çəkir.
Azadə xanımın
ailəsində olduğu
kim burada da bütün münasibətlər pula əsaslanır. Ailədə
mənəvi münasibətlərin
hakimliyindən qətiyyən
danışmaq mümkün
deyil. Azadə xanım məharətli
gedişləri, özünü
daim Şahmara doğma göstərmək
cəhdlərilə bir
müddət onun saqqızını oğurlaya
bilsə də, az sonra Şahmar
vüqarının və
heysiyyətinin hökmünü
eşidir. İndi Şahmar nazir müavinidir, onun vəzifəsi var. Ali təhsilli Şahmar uzun müddət səviyyəsinə
uyğun iş tapmadığına görə,
"qazovşik" işləməyə
məcbur olur. Tamaşada ayrı-ayrı "nöqtələrdən" pul
yığılması, Şahmar
gələndən sonra
isə bütün gedişlərin əleyhinə
çıxması, Ədhəm
Tağıyevin və
Ağamusa Fərəcovun,
hətta Azadə xanımın və Nazilənin çıxılmaz
durumda qalmaları təsvir edilir. Lakin dramaturqun təsvir etdiyi tipik obrazlar ifşa olunduqları dərəcədə yenə
də bir-birlərini ayağa vermirlər, daim müdafiədədirlər. Şahmar
səhv etdiyini anlayır, lakin səhvini ağıllı
şəkildə aradan
qaldırmağı da
düşünə bilir.
Bu, əslində dramaturqun həyata, insanlığa olan inamından irəli gəlir. Yəni insanların ən yüksək vəzifələrdə
çalışdıqları məqamlarda belə onların daim yaxşılıq etmək,
xalqın qayğısına
qalmaq imkanları var. Bu imkanı çıxılmaz
vəziyyətlərdə belə
aşkarlamaq mümkündür.
Şahmarın sonda özünə inamlı vəziyyəti, yenə də sadiq dostlarının
əhatəsində olması
onun heç zaman əqidəsindən,
anadangəlmə keyfiyyətlərindən
əl çəkməyəcəyinə
tamaşaçıda inam
yaradır.
Rejissor M.Fərzəlibəyov
1990-cı ildə yazılan bu əsərin bütün dövrlər üçün
mahiyyətcə aktual
olduğunu bildirir, 15 ildir ki, səhnədə
olan tamaşa vəzifəsindən sui-istifadə edənlərin
daxili aləmini, iç üzünün açıb göstərir: "Təbiidir ki, tamaşada satirik notlar da az deyil.
Bu, tamaşaçının
hadisələrə daha
ayıq, tənqidi gözlə baxması üçün imkan yaradır".
Xalq cəbhəsi.-2007.-24 aprel.-S.15.